Mobil versiya
Yubiley qolla gələn rekord
Tarix: 9-05-2016, 14:16 | Saat: 15:47:00
Bölmə:İdman | çapa göndər

Yubiley qolla gələn rekord







"Qarabağ" Azərbaycan Premyer Liqada ardıcıl 10-cu qələbəsini qazanıb.

Aia.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, klub tarixinin Azərbaycan çempionatlarındakı yeni rekordudur.

Ötən tur 5 il əvvəlki rekordunu təkrarlayan Ağdam təmsilçisi 33-cü turun "Sumqayıt"la ev oyununda qalib gəlib, seriyasını 10-a çatdırıb. 1:0-la gələn 10-cu qələbəni qazandıran qol isə yubiley xarakteri daşıyıb.

Əfran İsmayılovun 3 xal qazandıran qolu "Qarabağ"ın Azərbaycan çempionatları tarixində öz meydanında vurduğu 600-cü qol olub. Bu göstəricidə yalnız 701 qol vuran "Neftçi"dən geri qalan Ağdam təmsilçisi 600-ə 338-ci matçda çatıb. 227 qələbə qazanıb, 65 heç-heçə edib, 46 dəfə uduzduğu görüşlərdə əyalət klubu 237 qol buraxıb.


aia.az



5458 dəfə oxunub.

Digər xəbərlər


Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив

12-11-2019
08-11-2019
«    Ноябрь 2019    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
252627282930