Mobil versiya
Ekoloq Elnur Muxtarov: "Əhalinin ekoloji maarifləndirilməsində Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərin təbliğatı prioritet olmalıdır"
Tarix: 25-01-2022 | Saat: 18:17
Bölmə:Media | çapa göndər

Ekoloq Elnur Muxtarov: "Əhalinin ekoloji maarifləndirilməsində Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərin  təbliğatı prioritet olmalıdır"

Xüsusi mühafizə olunan təbiət əraziləri - xüsusi ekoloji, elmi, mədəni, estetik və sağlamlaşdırma əhəmiyyəti daşıyan təbiət komplekslərindən və obyektlərindən, nadir və nəsli kəsilmək təhlükəsi qarşısında olan bitki və heyvan növlərinin yayıldığı yerlərdən ibarət olan, təsərrüfat dövriyyəsindən tamamilə və ya qismən, daimi və ya müvəqqəti çıxarılan torpaq, su (akvatoriya) sahələri və onların üzərindəki atmosfer məkanıdır.

Azərbaycan Respublikasının ərazisində məqsədindən, mühafizə rejimindən və istifadə xüsusiyyətlərindən asılı olaraq xüsusi mühafizə olunan təbiət əraziləri aşağıdakı növlərə ayrılır: dövlət təbiət qoruqları, o cümlədən biosfer qoruqları,milli parklar,təbiət parkları ,ekoloji parkları,dövlət təbiət yasaqlıqları,təbiət abidələri,zooloji parklar,nəbatat bağları və dendroloji parklar,müalicə-sağlamlaşdırma yerləri və kurortlar,geoloji parklar.

Çox təəssüf ki,əhali arasında XMOTƏ-lər haqqında məlumatı olan az insan var.Bu istiqamətdə maarifləndirmə ilk növbədə respublika məktəbliləri arasında geniş aparılmalıdır.Müvafiq dovlət orqanları var ki bu işlə məşğuldur. Milli Parklar da “ açıq qapı” günü keçirilir.Bu danılmazdır.Amma,istədiyimiz nəticəni əldə edə bilməmişik.Bəlkə də bir çoxu ölkədəki Milli Parkların,dövlət təbiət qoruqlarının sayını bilmir.Bu movzuda maarifləndirmənin həm nəzəri,eyni zamanda qanunvericiliyə uyğun olaraq praktiki aparılması zəruridir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024