Mobil versiya
Azərbaycanda ərəblərin növbəti "ov macəraları" araşdırılır - AÇIQLAMA
Tarix: 25-01-2022 | Saat: 11:02
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda ərəblərin növbəti "ov macəraları" araşdırılır -

Bir neçə gün öncə sosial şəbəkələrdə bir qrup xarici ölkə vətəndaşının Tovuz rayonu ərazisində, Ceyrançöldə "Bəzgək" ovlamaları ilə bağlı məlumat yayılıb.

Sözügedən iddia ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova Trend-in sorğusuna cavab olaraq bildirib ki, yayılan görüntülərdən xəbərdardırlar.

“Sosial şəbəkədə yayılan foto və video görüntülərdən xəbərdarıq. Məsələ ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcək, qanun pozucularının cərimələnməsi həyata keçiriləcək”.

Qeyd edək ki, ovda iştirak edən ərəblərdən biri "Binthaninayef" adlı instaqram hesabında Azərbaycanda ov edərkən çəkilmiş fotosunu paylaşıb. O, sözügedən fotonun 23 yanvar 2022-ci ildə Azərbaycanda çəkildiyini qeyd edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024