AZ RU Mobil versiya
Vüqar Səfərli ilə birgə ittiham olunan restoran inzibatçısı apellyasiya şikayəti verib
Tarix: 18-01-2022 | Saat: 13:34
Bölmə:Aktual | çapa göndər

Vüqar Səfərli ilə birgə ittiham olunan restoran inzibatçısı apellyasiya şikayəti verib

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli ilə birgə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilən "Altun" restoranının inzibatçısı Şahin İbrahimov apellyasiya şikayəti verib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sınaq müddəti seçilməklə şərti cəza təyin edilən restoran inzibatçısı ikinci instansiya məhkəməsindən bəraət istəyir. Təqsirləndirlilən şəxs şikayət ərizəsində həmçinin cinayət işinə xitam verilməsi üçün könüllü olaraq Baş Prokurorluğun depozit hesabına qoyduğu 50 min manatın da geri qaytarılmasını xahiş edib.

Şikayət Şahin İbrahimovun vəkili tərəfindən Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin qəbul etdiyi hökmə əsasən Vüqar Səfərli 10 il 6 ay, onunla birlikdə saxlanılan Nadir Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işi üzrə digər təqsirləndirilənlər - Bünyamin İsmayılov, Ədalət Vəliyev, Namiq Hacıyev, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Şahin İbrahimov və Təhminə Yaqubovaya sınaq müddəti seçilməklə şərti cəza verilib.

Xatırladaq ki, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun vəzifəli şəxslərinin qanunsuz əməllərinə dair Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat keçirilib.

Saxlanılanlar barəsində Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma-külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

878 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-05-2022
25-05-2022