Mobil versiya
Belə kobud rəftar uşaqda ağır travma yarada bilər
Tarix: 14-01-2022 | Saat: 17:00
Bölmə:Cəmiyyət | çapa göndər

Belə kobud rəftar uşaqda ağır travma yarada bilər

"Tərbiyəçinin körpələr evi-uşaq bağçasında uşağa qarşı şiddət göstərməsi əlbəttə ki, çox üzücü bir hadisədir.​ Əfsuslar olsun ki, bu narahatedici hal artıq normaya çevrilir.​ Belə kobud rəftar və ya davranış uşaqda ağır travma yarada bilər. Bir çox hallarda isə həm travmalar həyatı boyu həmin uşaqda qalır və daha pis nəticəyə gətirib çıxarır”.

“İki sahil” xəbər verir ki, bu fikirləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, millət vəkili, professor Hicran Hüseynova deyib.

Millət vəkili bildirib ki, hazırda uşaq bağçaları, məktəbəqədər​ təhsil müəssisələri, körpələr evi Təhsil Nazirliyinin tərkibinə verilib: “Çox yaxşı olardı ki, həmin müəssisələrə işə qəbul olunan müəllimlərin, təkcə pedaqoji bilikləri deyil, həm də uşaqla ünsiyyət, davranış bilik və bacarıqları da qiymətləndirilsin.​

Eyni zamanda, vaxtaşırı​ fəaliyyət göstərən tərbiyəçilər, müəllimlər tibbi-psixoloji müayinələri də keçirilməlidir. Bu imkan verəcək ki, uşaqlarla ünsiyyətdə problemi olan, davranışlarında kobudluq edən müəllim və tərbiyəçilər müəyyən edilsin”.

aoaAz



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024