Mobil versiya
Oktay Abdullayev: “Prezident İlham Əliyevin Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı dedikləri bir çox suallara aydınlıq gətirmiş oldu”
Tarix: 14-01-2022 | Saat: 12:12
Bölmə:Cəmiyyət | çapa göndər

Oktay Abdullayev: “Prezident İlham Əliyevin Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı dedikləri bir çox suallara aydınlıq gətirmiş oldu”

“Prezident İlham Əliyev tərəfindən vaxtında atılmış məqsədyönlü addımlar, zamanında görülmüş qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycan bu gün sürətlə dəyişən, getdikcə güc amilinin daha önəmli faktora çevrildiyi dünyada əlverişli mövqelərə sahib ola bilib. Hələ bir neçə il öncəki çıxışlarında dövlətimizin başçısı deyirdi ki, indi güc amili ön plana çıxır və biz buna hazır olmalıyıq. Məhz buna görə Azərbaycan artıq neçə illərdir ki, ilk növbədə öz iqtisadiyyatını gücləndirmək və buna paralel olaraq da hərbi qüdrətini artırmaq yolu ilə inamla irəliləyir. 2020-ci ildə bu yol bizi artıq ən ali məqsədlərimizdən birinə, ölkənin ərazi bütövlüyünün bərpasına gətirib çıxardı. Bu gün isə Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində yeni dünya düzənində öz iradəsini diktə edə biləcək ölkələr sırasında öz yerini təmin etmişdir.”

Bu sözləri saytımıza verdiyi açıqlamada Xızı rayon Təhsil şöbəsinin müdiri, Azərbaycan Respublikasının “Əməkdar müəllimi”, YAP Xızı rayon təşkilatı İdarə Heyətinin üzvü Oktay Abdullayev deyib.

Hakim partiyanın təmsilçisi həmçinin qeyd edib ki, Prezident İlham Əliyevin yanvarın 12-də yerli televiziya kanallarına verdiyi müsahibəsində ölkəmizdə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı ifadə etdiyi fikirlər bu gün Azərbaycan cəmiyyətində ən çox müzakirə olunan və bəzən mübahisələrə səbəb olan məsələyə dair bir çox suallara aydınlıq gətirmiş oldu: “Məlumdur ki, bu gün Azərbaycan cəmiyyətində ölkəmizdə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı mütəmadi olaraq müəyyən suallar yaranır. Xüsusən bəzi xarici ölkə təmsilçilərinin Qarabağa qeyri-qanuni səfərləri cəmiyyətdə haqlı qıcıq və narahatlıq doğurur. Təbii ki, bu baxımdan Prezident İlham Əliyevin bu məsələ ilə bağlı verdiyi açıqlamalar böyük əhəmiyyət kəsb edir. İlk növbədə ictimai rəyin bu və ya digər hadisə ilə bağlı formalaşması prosesinin düzgün yönləndirilməsi son dərəcə vacib məqamdır. O cümlədən, sülhməramlıların fəaliyyətini qiymətləndirmək üçün dövlət başçımızın dediyi kimi, biz əlbəttə ki, daha geniş prizmadan yanaşmalıyıq və onların müsbət funksiyalarını da qeyd etməliyik. Heç şübhəsiz sülhməramlı qüvvələr hazırda önəmli funksiyanı yerinə yetirirlər. Eyni zamanda, onlar Kəlbəcər, Laçın rayonlarına bizim həm hərbçilərimizin, həm də yüklərin göndərilməsini və daşınmasını müşayiət edirlər və möhtərəm Prezidentimiz də qeyd etdi ki, onların ümumi fəaliyyətinə müsbət yanaşır. Həmçinin nəzərə almaq lazımdır ki, keçən il Azərbaycan-Rusiya əlaqələrində yeni bir element yarandı. Əlbəttə, bu əlaqələr həmişə çox müsbət olub. Amma keçən il bu əlaqələr daha da dinamik oldu, təmaslar çoxaldı. O cümlədən prezidentlər səviyyəsində və digər səviyyələrdə. Sülhməramlıların yerləşdirilməsi ikitərəfli əlaqələrə problem də yarada bilərdi, ya da ki, ikitərəfli əlaqələri gücləndirə bilərdi. Lakin sülhməramlı missiyanın Azərbaycan tərəfdaşları ilə münasibətləri ikitərəfli əlaqələrə müsbət təsir göstərdi. Ona görə bunu bütün Azərbaycan vətəndaşları da bilməlidirlər.”

Daha sonra Prezident İlham Əliyevin müsahibəsində sosial-iqtisadi məsələlərlə bağlı məqamların geniş əhatə olunduğunu qeyd edən Oktay Abdullayev bildirib ki, bu yanaşma ölkəmizdə məhz vətəndaş amilinin dövlət siyasətinin əsasında duran əsas göstərici olduğunu bir daha sübut edir: “Bu gün Azərbaycanda Prezident İlham Əliyev tərəfindən aparılan siyasət imkan verir ki, sosial sahə daim diqqət mərkəzində olsun və köklü iqtisadi islahatlar insanların rifah halına mənfi təsir göstərməsin. Prinsip etibarilə bu siyasətin təməlində insan amili olduğu üçün daim sosial sahəyə xüsusi diqqət göstərilir. Həm maaşların, pensiyaların, təqaüdlərin qaldırılması, həm də sosial obyektlərin yaradılması, şəhid ailələrinə, keçmiş məcburi köçkünlərə diqqətin göstərilməsi kimi sosial paket imkan verir ki, ölkədə iqtisadi islahatlar uğurla həyata keçirilsin. Dövlətimizin başçısı tərəfindən ötən il qəbul edilmiş qərarların məqsədində də məhz bu amil dayanır. Bu qərarlar dünyada gedən qlobal bahalaşma prosesi fonunda Azərbaycanda da bəzi ərzaq məhsullarının, o cümlədən çörəyin qiymət artımından vətəndaşlarımızın əziyyət çəkməməsi məqsədinə sərrast hesablanıb. Nəzərə almaq lazımdır ki, çörəyin qiymətinin qalxması qaçılmaz idi. Dünyada taxılın, buğdanın qiyməti kəskin şəkildə artıb. O cümlədən Azərbaycanın əsas buğda təchizatçısı olan Rusiyada həm qiymətlər, həm də ixrac rüsumları artmışdır və artmaqda davam edir. Bunu nəzərə alaraq ölkəmizdə çox geniş sosial paket həyata keçirildi. Minimum əməkhaqqı 20 faiz, minimum pensiya 20 faiz, təqaüdlər, sosial müavinətlər artırıldı. Bütövlükdə bu, ölkənin büdcəsinə 1,5 milyard manat vəsaitə başa gəldi və əhatə dairəsi 2 milyon insandan çoxdur. Təbii ki, bu artan maaşlar çörəyin qiymətinin qalxmasının təzminatı kimi qiymətləndirilə bilər və bu addım birinci dəfə deyil atılır. Məsələn, son 10 il ərzində minimum əməkhaqqı həddi bir neçə dəfə qaldırılıb. Lakin Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün ölkəmizdə insanların sosial rifahının yaxşılaşdırılması üçün kompleks tədbirlər həyata keçirilir. Maaşların və təqaüdlərin artırılması da bu tədbirlərin sadəcə bir hissəsidir. Diqqətəlayiq haldır ki, ötən il vergi orqanları tərəfindən proqnozdan artıq toplanmış 1,4 milyard manat vəsait dərhal 1,5 milyard manatlıq sosial paketin təmin edilməsinə yönəldilmişdi. Bu, bir daha dövlətimizin sosial sahəyə nə qədər böyük önəm verdiyindən xəbər verir.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-04-2024