Mobil versiya
Təəssüf ki, baytarlıq təbabəti ixtisası üzrə elmlər namizədi yoxdur - Rektor
Tarix: 13-01-2022 | Saat: 16:51
Bölmə:Cəmiyyət | çapa göndər

Təəssüf ki, baytarlıq təbabəti ixtisası üzrə elmlər namizədi yoxdur -

Baytarlıq təbabəti ixtisası üzrə elmlər namizədi təəssüf ki, yoxdur. Çünki bu, spesifik sahədir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov deyib.

Onun sözlərinə görə, misal üçün, bu gün bizə hüquq sahəsində elmlər namizədi lazım olsa, bu istiqamətdə 15-20 nəfər gəlib sənəd verə bilər.

"Bu gün baytarlıq təbabəti ixtisası ölkədə bir Aqrar Universitetdə, bir də Baytarlıq Elmi Tədqiqat İnstitutundadır. Bu, çox məhdud saydadır. Biz yaxşı tələbələri 3-cü kursdan izləyirik. Tələbələrə dəstək veririk, onlar üçün xüsusi müəllim tuturuq. Lakin onların yetişməsi 7 il çəkir. Bir nəfərin magistraturaya qəbul olub, elmi dərəcə alması 7 il vaxt alır. Bu sahədə peşəkarların azlığı sahəyə marağın olmamasından deyil, prosesin çox uzun olmasından irəli gəlir", - deyə rektor bildirib.

O qeyd edib ki, Aqrar Universitetdə 30 yaşa qədər və 30 yaşında müdafiə edən fəlsəfə doktorlarının hər birinə 3000 manat, onun elmi rəhbərlərinə 2000 manat verilir: "50 yaş və bu yaşadək elmlər doktoru namizədliyini müdafiə edib təsdiqini alanlara birdəfəlik 10 min manat yardım köçürülür. Bu güzəştlər Azərbaycan Dövlət Aqrar Universitetində müdafiə edib təsdiqini alan hər bir kəsə şamil olunur".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə