YAP Oğuz rayon təşkilatında VIII Qurultaydan irəli gələn məsələlər müzakirə olunur -Fotolar
Tarix: 28-10-2026 | Saat: 09:44
Bölmə:Ölkə | çapa göndər

27 oktyabr 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Oğuz rayon təşkilatının Sincan, Tərkeş və Mollalı ərazi partiya təşkilatlarında Prezident, Partiyanın sədri cənab İlham Əliyevin VIII Qurultaydakı çıxışından irəli gələn vəzifələrə həsr olunmuş növbəti görüşlər keçirilib.
Görüşlərdə YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov, “Sincan", " Tərkeş" və "Mollalı" ərazi partiya təşkilatlarının sədrləri və ərazi partiya təşkilatlarının üzvləri iştirak ediblər.
Tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşlərdə çıxış edən YAP Oğuz rayon təşkilatının sədri Saleh Məhərrəmov bildirib ki, VIII Qurultay Yeni Azərbaycan Partiyasının fəaliyyətində keyfiyyətcə yeni bir mərhələnin əsasını qoyub. Qeyd edib ki, Prezident, Partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu gün öz tarixinin ən qüdrətli və zəfər dolu dövrünü yaşayır. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası dövlətimizin beynəlxalq aləmdəki mövqelərini daha da möhkəmləndirib. Dövlət başçısının Qurultaydakı proqram xarakterli çıxışı hər bir partiya üzvünün qarşısında mühüm öhdəliklər qoyur. Biz yerlərdə, xüsusən ərazi partiya təşkilatlarında işimizi günün tələbləri səviyyəsində qurmalı, partiya sıralarının keyfiyyət tərkibinin yaxşılaşdırılmasına, ideoloji işin gücləndirilməsinə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına xüsusi diqqət yetirməliyik. Hər bir YAP üzvü cəmiyyətdə öz fəallığı ilə seçilməli, dövlət siyasətinin təbliğində və rayonumuzun ictimai-siyasi həyatında yaxından iştirak etməlidir.
Çıxış edən “Sincan" ərazi partiya təşkilatının sədri Azər Məcidov, " Tərkeş" ərazi partiya təşkilatının sədri Natiq Hacıağayev, Sincan kənd tam orta ümumtəhsil məktəbinin direktoru Pərvin Namazova, " Mollalı" ərazi partiya təşkilatının sədri Gülbala Həmidov, partiya veteranı Cahangir Məmmədov YAP-ın ölkənin ictimai-siyasi həyatındakı rolundan danışaraq VIII Qurultayın əhəmiyyətini qeyd edib, partiyanın keçdiyi tarixi yolun müasir Azərbaycanın inkişaf salnaməsinin mühüm tərkib hissəsi olduğunu vurğulayıblar.
Sonda VIII Qurultayın qərarlarından irəli gələn vəzifələrin yerli səviyyədə həyata keçirilməsi, ərazi partiya təşkilatlarının fəaliyyətinin daha da gücləndirilməsi və qarşıda duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər