AZ RU Mobil versiya
Narkotik aludəçisi olduğu deyilən 11 yaşlı uşaq küçədə gecələyir - AÇIQLAMA
Tarix: 13-01-2022 | Saat: 15:55
Bölmə:Manşet / Cəmiyyət | çapa göndər

Narkotik aludəçisi olduğu deyilən 11 yaşlı uşaq küçədə gecələyir -


Bakıda 11 yaşlı uşağın narkotik aludəçisi olduğu iddia edilib.

Bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.

Onun sözlərinə görə, dövlət qurumları uşağa dəstək göstərmir:

“Uşaq narkotik asılılığından psixi xəstəyə çevrilib. Heç olmazsa onu ruhi-əsəb xəstəxanasına yerləşdirin. “Nizami” metrosunun yaxınlığındadır...

Bu uşaq Azərbaycan vətəndaşıdır. Ruslanı dəfələrlə Bakı Şəhər Polis İdarəsinin əməkdaşları, Yasamal Polis İdarəsinin əməkdaşları tapıb aparıb aidiyyəti, daha dəqiq desəm, Səhiyyə Nazirliyinin “103” xidməti vasitəsi ilə dispanserə, xəstəxanaya yerləşdirilib, amma heç 1 saat keçmədən səhiyyə müəssisəsi əməkdaşları “ay, qaçdı!” deyib xəstə bir uşaqdan qurtulublar!”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sözügedən uşaq dəfələrlə xəstəxanaya yerləşdirilsə də, hər dəfə oradan qaçıb:

“Sonuncu dəfə əməkdaşımızın iştirakı ilə təcili tibbi yardım avtomobili ilə aparılan zaman qaçmışdı. Hazırda uşağın tapılması ilə bağlı hüquq-mühafizə orqanları və komitə əməkdaşları ərazidədir. Uşaq tapılandan sonra komitənin əməkdaşları ilə birlikdə xəstəxanaya təhvil veriləcək”.

O qeyd edib ki, uşağın sənədinin hazırlanması ilə bağlı aidiyyəti orqanlar məşğuldurlar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

1259 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-01-2022