Mobil versiya
Yaxın vaxtlarda ailə həkimi rezidenturası formalaşdırılacaq - Agentlik
Tarix: 12-01-2022 | Saat: 17:12
Bölmə:Seçki 2024 | çapa göndər

Yaxın vaxtlarda ailə həkimi rezidenturası formalaşdırılacaq -

Hazırda Ailə İnstitutu formalaşdırılma mərhələsindədir.

Trend xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Nərgiz Hacıyeva deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda ailə həkimi rezidenturası formalaşdırılacaq.

"Hazırda bu istiqamətdə işlər aparılır. Nəticələr barədə ətraflı məlumat veriləcək. Ailə həkimi rezidenturası təcrübəsi Avropada var. Bizdə də olandan sonra rezidenturanı bitirənlər ailə həkimi kimi fəaliyyət göstərəcəklər. Digər bir tərəfdən, məsələn, Estoniyada ailə həkimləri 24 saat fəaliyyət göstərir. Bu da xroniki xəstəliyi olan şəxslərlə əlaqədardır. Bizdə də yaxın gələcəkdə 24 saatlıq fəaliyyət rejimi tətbiq olunacaq", - deyə o bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024