Mobil versiya
Milli Məclisin deputatları finala çıxdılar
Tarix: 07-05-2016 | Saat: 21:32
Bölmə:İdman | çapa göndər

Milli Məclisin deputatları finala çıxdılar








Mayın 6-9-da Türkiyənin Antalya şəhərində 4 ölkənin parlamentləri arasında "Terrora qarşı Parlametlərarası futbol turniri" çərçivəsində Azərbaycan Parlamentinin deputatlarından ibarət yığma komandamız Polşa Seyminin komandasını 2:1 hesabı ilə məğlub edərək finala çıxıblar.

Aia.Az Trend-ə istinadən bildirir ki, bu barədə öz Facebook səhifəsində Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov məlumat verib.

Sabah isə deputatlarımız Türkiyəli həmkarları ilə final oyununda qarşılaşacaqlar. Oyun TRT 3 kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Qeyd edək ki, Azərbaycan, Türkiyə, Polşa, Ukrayna parlamentlərinin futbol komandalarının yarışdığı futbol oyununda Azərbaycan Milli Məclisini təmsil edən 11 nəfərdən ibarət komandamızın kapitanı Parlamentin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradovdur.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-11-2024