Mobil versiya
Novruzəli Aslanov: “Brüssel görüşünün nəticələri Azərbaycanın mənafelərinə tam uyğundur”
Tarix: 16-12-2021 | Saat: 13:15
Bölmə:Manşet / Siyasət / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Brüssel görüşünün nəticələri Azərbaycanın mənafelərinə tam uyğundur”

“Dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirilib. Bu görüş bur daha bütün beynəlxalq ictimaiyyətə nümayiş etdirdi ki, Azərbaycan Cənubi Qafqaz regionunda sülhün bərqərar olması, sərhədlərin müəyyənləşməsi və sülh müqaviləsinin imzalanması üçün bütün tərəflərlə təmaslara, bərabərhüquqlu müstəvidə danışıqlara hazırdır. Eyni zamanda da bu görüş Azərbaycanın haqlı mövqeyinin Prezident İlham Əliyevin səyləri nəticəsində davamlı olaraq artıq bütün səviyyələrdə qəbul olunduğunu göstərdi.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili xüsusi olaraq vurğulayıb ki, Prezident İlham Əliyev Vətən müharibəsindən sonrakı dövrdə iştirak etdiyi hər görüşə böyük üstünlüklərlə qatılıb: “Avropa İttifaqı rəhbərliyinin irəli sürdüyü bu təşəbbüsdən də belə qənaətə gəlmək olur ki, bu təşkilat Cənubi Qafqazda mövqelərinin zəifləməsi ilə barışmaq istəmir. Məhz bu səbəbdən də üçtərəfli görüşün nəticəsinə dair səsləndirilmiş bəyanatda məhz Azərbaycanın mövqeyləri kifayət qədər dəstəklənir. Məsələ bundadır ki, bu gün regionda Azərbaycanın iştirakı olmadan heç bir layihəni reallaşdırmağın mümkün olmadığını artıq Avropa İttifaqı da qəbul edir. Həmçinin diqqətəlayiq haldır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Vətən müharibəsindən sonrakı dövrdə iştirak etdiyi hər görüşə böyük üstünlüklərlə qatılır. Bu üstünlük ilk növbədə öz tarixi ərazilərini işğaldan azad etmiş qalib ölkənin əldə etmiş olduğu bir üstünlükdür. İkinci bir tərəfdən də Azərbaycanın yaratdığı yeni regional reallıqların, eləcə də irəli sürdüyü təşəbbüslərin bütün region ölkələri və qonşu dövlətlər üçün faydalı olması faktını da danmaq mümkün deyil. Məhs elə buna görə nəqliyyat və kommunikasiyaların açılması şərti Ermənistanın üçtərəfli bəyanatlarla üzərinə götürdüyü öhdəlik kimi Brüsseldə də qəbul olundu və bu öhdəlik Ermənistana da xatırladıldı. Ermənistan məcbur qoyuldu ki, Zəngəzur dəhlizinin açılması və öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq etdi. Beləliklə, Ermənistan dəmir yolunun çəkilişinə tezliklə start verəcək.”

Daha sonra Novruzəli Aslanov bildirib ki, Brüsseldə keçirilmiş üçtərəfli görüşün nəticəsi olaraq Aİ Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi bəyanat Azərbaycanın Vətən müharibəsində əldə etdiyi qələbə nəticəsində yaranan yeni reallıqların dünya birliyi tərəfindən qəbul olunduğunun daha bir göstəricisidir: “Brüssel görüşündə bir sıra önəmli məsələlər müzakirə olunub. Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair yaydığı bəyantda Azərbaycanın haqlı mövqeyi dəstəklənib. Sözsüz ki, bu, Azərbaycanın siyasi naliyyətidir. Şarl Mişel Ermənistan və Azərbaycan arasındakı münaqişə irsinin aradan qaldırılmasına çağırış edib. Bu bəyanat Azərbaycanın mövqeyinə tam uyğundur və o anlama gəlir ki, Azərbaycanın dediyi kimi, münaqişə artıq keçmişdə qalıb və gələcəyə baxmaq lazımdır. Bu bəyanat eyni zamanda Ermənistana bir mesajdır ki, artıq Ermənistan öz revanşist iddialarından ələ çəkməli və təxribatlara yol verməməlidir. Həmçinin Aİ-nin Azərbaycanın azad olunmuş ərazilərdə həyata keçirdiyi reabilitasiya və rekonstruksiya işlərinə dəstək verəcəyini ifadə etməsi də olduqca mühüm məsələdir. Çünki indiyə qədər Azərbaycan bütün işləri öz resursları hesabına görüb. Eyni zamanda, qurum sərhədlərin demarkasiyası və delimitasiyası məsələsini məşvərətçi statusda dəstəkləyəcək. Deməli, Ermənistana hərtərəfli təzyiq mövcuddur ki, digər məsələlər üçün açar qismində çıxış edən demarkasiyası və delimitasiyası məsələsi vaxt itirilmədən həll olunsun. Bütün bu məqamlar birmənalı şəkildə göstərir ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səsləndirdiyi bəyanat Azərbaycanın və şəxsən Ölkə Prezidenti cənab İlham Əliyevin növbəti diplomatik uğurudur və bu bəyanat Azərbaycanın yaratdığı reallıqlarla barışmaqdan başqa heç bir seçiminin olmadığını artıq Ermənistanın da dərk etməsini təmin edəcək.”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024