Mobil versiya
Çunayev erməni güləşçini peşman etdi - Həm qızıl, həm lisenziya qazandı
Tarix: 06-05-2016 | Saat: 21:09
Bölmə:İdman | çapa göndər

Çunayev erməni güləşçini peşman etdi - Həm qızıl, həm lisenziya qazandı







Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən II Dünya təsnifat turniri keçirilir.

Qafqazinfo xəbər verir ki, 66 kq çəkidə mübarizə aparan Rəsul Çunayev final görüşündə rəqibi Qırğızıstandan Asiya çempionu Ruslan Tsarevə də qalib gəlib. 6:0 hesablı qələbə qazanan Rəsul Çunayev təsnifat turnirinin qızıl medalına yiyələnib.

Qeyd edək ki, daha əvvəl Çunayev yarışa 1/16 final mərhələsindən başlayıb. İlk görüşdə xorvatiyalı Dominik Etlingeri 19 saniyədə tam üstünlüklə məğlub edən pəhləvanımız ardınca Belarusdan Pavel Liax və Polşadan David Kareçinski ilə gərgin keçən qarşılaşmalardan da qalib ayrılıb. Yarımfinalda Fransa təmsilçisi erməni əsilli Artak Marqaryan üzərində 68 saniyə ərzində qələbə qazanan Rəsul Çunayev finala yüksəlib və Rio Olimpiadasına vəsiqəni təmin edib. Bu güləşçilərimizin Rio-de Janeyro Olimpiya Oyunlarına qazandığı 14-cü vəsiqədir.

Türkiyədə keçirilən Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda mübarizə aparan azərbaycanlı güləşçi Rəsul Çunayev finala vəsiqə qazanıb.

Qafqazinfo xəbər verir ki, o, yarımfinalda erməni əsilli güləşçi, Fransanı təsmil edən Artak Marqaryana qalib gəlib.

Güləşçimiz təmiz qələbə ilə finala adlayıb. O, 8:0 hesablı qələbə qazanıb.

Çunayev finala çıxmaqla həm də Rio-2016 Yay Olimpiya Oyunlarına vəsiqəni təmin edib.

Aia.Az publika-ya istinadən bildirir ki, Olimpiadaya lisenziya yolunda Rəsul Çunayev ilk görüşdə xorvatiyalı Dominik Etlingeri 19 saniyədə təmiz qələbə ilə məğlub etdi.

Bu gün Türkiyənin İstanbul şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli II Dünya Təsnifat Turniri start götürür.

Aia.Az publika.az-a istinadən xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar. Azərbaycan təmsilçilərindən "Bakı 2015" I Avropa Oyunlarının qalibi və dünya çempionu Rəsul Çunayev, eləcə də Şalva Qadabadze mübarizə aparacaqlar. 66 kq çəki dərəcəsində çıxış edən Çunayev 1/16 finalda xorvatiyalı Dominik Etlingerlə üz-üzə gələcək. 98 kq çəkidəki Qadabadze isə yarışa 1/8 final mərhələsindən avstriyalı Daniel Qastla qarşı döyüşlə başlayacaq. Olimpiadaya vəsiqə üçün finala yüksəlmək lazımdır.

66 kq
1/16 final. Dominik Etlinger (Xorvatiya) - Rəsul Çunayev

98 kq
1/8 final - Daniel Gastl (Avstriya) - Şalva Qadabadze

Qeyd edək ki, Azərbaycanın güləş yığmaları indiyədək "Rio-2016"-ya 13 lisenziya qazanıb. Sərbəst güləş yığması olimpiadaya tam heyətlə - 6 pəhləvanla qatılacaq. Yunan-Roma güləşçiləri 4, qadın güləşçilər isə 3 çəki dərəcəsində vəsiqəyə sahib olublar.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024