Mobil versiya
DİN-dən Bakıda kütləvi zəhərlənmə ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
Tarix: 13-12-2021 | Saat: 11:47
Bölmə:Ölkə | çapa göndər

DİN-dən Bakıda kütləvi zəhərlənmə ilə bağlı

Bakıda polis dönərdən kütləvi zəhərlənmə hadisəsi ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə aia.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, zəhərlənmə faktı ilə əlaqədar müvafiq ekspertiza təyin olunub. Hazırda Nəsimi Nəsimi Rayon Polis İdarəsində bununla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, hadisə ötən gün “28 Mall” Ticarət Mərkəzinin yaxınlığında dönərxanalardan birində baş verib. Həmin ərazidə gün ərzində dönər alan 8 nəfər zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzinə müraciət edib. Zəhərlənənlərdən biri qadın, 7-si kişi, digər biri isə yeniyetmə olub.

Hazırda onlardan bəziləri orta-ağır, digərləri isə ağır vəziyyətdə müalicələri davam etdirilir. Bir nəfər isə artıq evə buraxılıb.

***

10:18

Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib.

Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu bildirib ki, hadisə ötən gün “28 Mall” ticarət mərkəzinin yaxınlığında dönərxanalardan birində baş verib.

Onun sözlərinə görə, orada gün ərzində dönər alan 8 nəfər zəhərlənmə diaqnozu ilə mərkəzə müraciət edib: “Zəhərlənənlərdən biri qadın, 7-si kişi, digər biri isə yeniyetmə olub. Hazırda onlardan bəziləri orta-ağır, digərləri isə ağır vəziyyətdə müalicələri davam etdirilir. Bir nəfər isə artıq evə buraxılıb”.

***

10:04

Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib.

aia.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu məlumat verib.

O qeyd edib ki, zəhərlənənlərin hamısı Mərkəzə gətirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2024