Mobil versiya
Abşeronda Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd edildi
Tarix: 12-12-2021 | Saat: 12:11
Bölmə:Ölkə | çapa göndər

Abşeronda Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd edildi

Abşeronda xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü qeyd edilib. Ümumxalq məhəbbətinin təzahürünə çevrilən tədbirdə Rayon İcra H akimiyyətinin başçısı İradə Gülməmmədova, Rayon Polis Şöbəsinin rəisi Şəhriyar Şəmşirli, Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon İdarəsinin rəisi Ruslan Rəhimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin rəisi, polkovnik Hüseyn Quliyev, Abşeron rayon prokuroru Qabil Qasımov, Abşeron rayon Mühafizə Polisi İdarəsinin rəisi Arif Məmmədov, Yeni Azərbaycan Partiyasının Aberon Rayon Təşkilatının sədri Bilman Vəliyev və rayon ictimaiyyəti iştirak edib.

İştirakçılar Xırdalan şəhərinin mərkəzində Ümummilli Liderin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, dahi rəhbərin əziz xatirəsini ehtiramla anıblar.

Daha sonra Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
Mərkəzdə nümayiş etdirilən fotoşəkillər və sənədli film hər kəsi yaxın keçmişə qaytarıb, Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif məqamları bir daha göz önündə canlanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2024