Mobil versiya
Bu qanun nələri dəyişəcək? - Çox şey daha əvvəlki kimi olmayacaq
Tarix: 11-12-2021 | Saat: 08:13
Bölmə:Ölkə | çapa göndər

Bu qanun nələri dəyişəcək? - Çox şey daha əvvəlki kimi olmayacaq

""Media haqqında" yeni qanunun qəbul olunması Azərbaycanda qanunvericilik hadisəsidir, tarixi hadisədir və bizim medianın inkişafı ilə bağlı qarşıya istiqamət almış yeni bir mərhələnin başlamasında sözsüz əhəmiyyətli qanunvericilik və praktik təsir rolunu oynayacaq".

Bunu AİA.Az-a açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, yeni qanun ziddiyətlərin aradan qaldırılmasına kömək edəcək:

"Bizim indiyə qədər hələ qüvvədə olan KİV Haqqında Qanunun müxtəlif istiqamətlərdə bəzən boşluqları, bəzən ziddiyətli məqamları, bəzən ortaya çıxan və hətta mütərəqqi tendensiyaları lazımı yönümdə istiqamətləndirə bilməməsinin əziyyətini çox çəkmişik. Bu nöqteyi nəzərdən yrni qanunun qəbul olunmasına ehtiyac var idi. Eyni zamanda Vətən müharibəsindən sonra ölkəmizdə dövlət-cəmiyyət, dövlət-media, media-cəmiyyət münasibətlərində də yaranmış olan yeni reallıqlar bu sahənin qanunvericilik bazasının yenilənməsinə böyük təlabat yaratmışdı. Hansı ki, bu qanun ölkə Prezidentinin media sahəsində və ümumən islahatlar prosesində çox mühim bir mərhələnin başlanğıcını qoyacaq.

Media sahəsində ən məşhur olan və indiyə qədər işlətdiyimiz kateqoriyaların hüquqi və sosial partret təsvirinin verilməsi ilkin önəmli cəhətlərdən biridir. Məsələn redaksiyanın, Kütləvi İnformasiyanın, medianın, jurnalistin kim olması və kimin jurnalist adlandırılması və s. ilə bağlı verilmiş hüquqi təyinatlar indiyə qədər praktikada rast gəldiyimiz bir sıra çətinlikləri ortadan qaldıracaq və jurnalistlərə ilk növbədə özlərini və işlədikləri redaksiyanın hüquqi və sosial təyinatını bilmək kimi bilgi və imkan verəcək.

Bundan başqa, media orqanlarının qeydiyyatı ilə bağlı prosedurların sadələşdirilməsi, - məsələn, bəzi media seqmentlərinin fəaliyyətə başlaması üçün onların dövlətdə qeydiyyatda durması və yaxud da lisenziya alması qaydasının tələb olunmaması bu qanunun müəyyən üstün cəhətlərindən biri sayıla bilər.

Müxtəlif media strukturlarında çalışan jurnalistlərin özünün əqli mülkiyyət məhsulu üzərində müəlliflik hüququnun qorunması sahəsində hüquqi baza xeyli dərəcədə möhkəmlənir və genişlənir. Media orqanlarının iqtisadi müstəqilliyinin möhkəmləndirilməsi üçün onların həqiqətən kommersiya strukturu kimi fəaliyyət göstərməsi istiqamətində qarşılarında geniş perespektivlər açır.

Media ilə cəmiyyət arasında meydana gələ biləcək münasibətlərdəki münaqişələrin, media ilə ayrı-ayrı fərdlər arasındakı münaqişələrin tənzimlənməsi istiqamətində də yeni qanunvericilikdə maraqlı müddəlar öz əksini tapıb. Bir sözlə, Media Haqqında yeni qanun həm indiyə qədər bizim rastlaşdığımız və fəaliyyətdə çətinlik yaradan məqamların, ziddiyətlərin aradan qaldırılmasına kömək edəcək, həm də yeni daha müərəqqi istiqamətlər açacaq. Medianın İnkişafı Haqqında yeni qanun Azərbaycanın media tarixində bir maraqlı hadisə kimi qalacaq".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-05-2024