Mobil versiya
İşığı kəsilən şəxs “Azərişıq” əməkdaşının maşınını yandırdı
Tarix: 09-12-2021 | Saat: 16:25
Bölmə:Ölkə | çapa göndər

İşığı kəsilən şəxs “Azərişıq” əməkdaşının maşınını yandırdı

"Azərişıq" ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsində (RETSİ) baş verən hadisə ilə bağlı bildiririk ki, Lənkəran şəhər sakini Əliyev Sabir bu gün səhər saat 08.05 radələrində idarə binasının yaxınlığına gələrək "Azərişıq" əməkdaşı, nəzarətçi-mühəndis Kərimov Raufa məxsus LADA (VAZ) 2115 markalı, 42 BO 756 dövlət nömrə nişanlı avtomobili yandırıb. Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

ASC-dən verilən məlumata görə, hadisəni törədən Lənkəran şəhər sakini Əliyev Sabirə məxsus dülgər sexində hələ 2020-ci ilin aprel ayında sayğaca baxış keçirilən zaman kənar xətdən istifadə (oğurluq) etdiyi aşkarlanıb və ona nəzarətçi-mühəndis Kərimov Rauf tərəfindən akt yazılıb. Daha sonra "Azərişıq" ASC əməkdaşı həmin abonent tərəfindən fiziki təzyiqə məruz qalıb. Həmin şəxsin bu əməli ilə bağlı hələ o vaxt yerli polis orqanına müraciət edilib. Sonradan məhkəmə zamanı tərəflər arasında barışıq elan olunub.

Onuda qeyd edək ki, yanğın zamanı əməkdaşımız Rauf Kərimova məxsus avtomobil, həmçinin özünə və ailəsinə aid sənədlər tamamilə yanıb. Əməkdaşımız özü isə ikinci dərəcəli yanıq xəsarəti alıb və dərhal həkimə çatdırılıb.

Hadisənin araşdırılıb ciddi tədbir görülməsi ilə bağlı "Azərişıq" ASC tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilib.

-------

10:03

Lənkəran şəhərində vətəndaş onun işığını kəsən "Azərişığ"ın əməkdaşının maşınını yandırıb.

AİA.Az "Qafqazinfo"ya istinadən bildirir ki, şəhər sakini Sabir Əliyev evinə qanunsuz əlavə elektrik xətti çəkib. "Azərişıq" əməkdaşı Rauf Kərimov da həmin xətti kəsərək bununla bağlı akt tərtib edib.

Sabir Əliyev bundan əsəbiləşərək Rauf Kərimova məxsus, "Ləvəngi dairəsi" adlanan ərazidə saxladığı "VAZ 21015" markalı avtomobilin üzərinə benzin tökərək yandırıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürənlər maşını söndürüblər.

DİN Mətbuat xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, faktla bağlı Lənkəran Şəhər Polis Şöbəsində araşdırma aparılır: "Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2024