Mobil versiya
DİN oyuncaq silah gəzdirənlərə xəbərdarlıq edib
Tarix: 09-12-2021 | Saat: 11:46
Bölmə:Ölkə | çapa göndər

DİN oyuncaq silah gəzdirənlərə xəbərdarlıq edib

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə, elan saytlarında dəmir konstruksiyalı oyuncaq silahların satılması məsələsinə aydınlıq gətirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Trend-in sorğusuna cavab olaraq bildirib ki, oyuncaq silah əşyaları ilə bağlı hansısa qadağa yoxdur.

"Ancaq bu oyuncaq əşyanı alıb onu ictimai yerlərdə, beldə, avtomobilin görünən yerində gəzdirilməsi və saxlanılması ilə bağlı polis orqanlarına vətəndaşlardan məlumatlar daxil olur.

Yoxlayırıq, araşdırırıq, müəyyənləşdirib dəvət edirik - cavab verir ki, "oyuncaqdır, elə-belə gəzdirirəm....". Bu, "elə-belə" gəzdirmə əməlinin adı nədir? Cavab verməkdə aciz qalır. Təbii ki, bu, bizə məlumdur, onu niyə və səbəbə gəzdirir. Bu özünü göstərməkdir? Bu özünü güclü təqdim etməkdir? Bu kiminsə diqqətini çəkməkdir?

Həmin şəxslərin diqqətinə çatdırın - bu, hansısa ictimai təhlükəli əmələ rəvac verə, yaxud kiminsə qorxmasına, həyacanlanmasına, stress keçirməsinə səbəb ola bilər".

AİA.AZ



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-05-2024