Mobil versiya
Gürcüstanın yeganə loukosterinin lisenziyası ləğv edildi
Tarix: 07-12-2021 | Saat: 14:54
Bölmə:Ölkə | çapa göndər

Gürcüstanın yeganə loukosterinin lisenziyası ləğv edildi

Gürcüstan Mülki Aviasiya Agentliyi Gürcüstanın loukosteri olan Myway Airlines şirkətinin səhmlərini xarici vətəndaşa satdığı üçün onun lisenziyasını ləğv edib.

AİA.Az aviatravel.az-a istinadən bildirir ki, tənzimləyici qurumun açıqlamasında qeyd edildiyi kimi, Mülki Aviasiya Agentliyi 2017-ci il iyulun 1-dən ölkədə fəaliyyət göstərən aviaşirkətlərin maliyyə sabitliyi və etibarlılığının monitorinqini aparır.

Agentlik avqust ayında Myway Airlines-a qarşı inzibati icraata başlayıb, şirkətin səhmlərinin 40%-i xarici ölkə vətəndaşına satılıb. Gürcüstan qanunvericiliyinə əsasən, hava daşımaları üçün lisenziya Gürcüstanda qeydiyyatdan keçmiş hüquqi şəxsə verilir və Gürcüstanda yerləşən vətəndaş və ya hüquqi şəxs səhmlərinin 50%-dən çoxuna sahib olmalıdır.

Agentliyin məlumatına görə, inzibati icraat başlanandan sonra şirkət kommersiya sövdələşməsi həyata keçirib, beləliklə səhmlərin böyük hissəsi Gürcüstan vətəndaşının adına yenidən rəsmiləşdirilib.

"Bundan başqa, aviaşirkət tərəfindən inzibati icraat zamanı keçirilmiş şifahi dinləmədə səhmlərin xarici vətəndaşa özgəninkiləşdirilməsinin səbəb və şəraiti barədə qəsdən Agentliyə yalan məlumat verilməsi də qanun pozuntusudur və qurumun lisenziyası ləğv edilsin", - deyə məlumatda bildirilir.
Qurumdan verilən məlumata görə, bütün hərəkətlər qanunvericiliyə uyğun həyata keçirilib.

MyWay Hava Yolları 2018-ci ildə Çinin Hualing Group tərəfindən Gürcüstanda yaradılıb. Noyabrda Çindən Gürcüstana 43,4 milyon dollar dəyərində iki təyyarə gətirilib. İlk uçuş MyWay Airlines tərəfindən 2019-cu ilin mart ayının sonunda Tehran istiqamətində həyata keçirilib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-05-2024