Mobil versiya
Sumqayıtda Veloyürüş tədbiri
Tarix: 06-05-2016 | Saat: 11:25
Bölmə:İdman | çapa göndər

Sumqayıtda Veloyürüş tədbiri

Bu gün Tour of Azerbayjan veloyürüşü keçirildi. Bakının Azadlıq meydanından başlayan veloyürüş Sumqayıt şəhəri istiqamətinə start götürdü. Veloyürüş keçirildiyi ərəfədə Sumqayıt şəhər baş dövlət yol polisi idarəsi şəhərin bir sıra aktiv magistral yollarını bağlamışdı. Saat 11:00-dan etibarən məktəblilər və şəhər əhalisi yürüşü izləmək üçün yol kənarlarına yığılmışdı. Saat 13:00-radələrində yürüş iştirakçıları şəhərə girdilər.Əllərində Azərbaycan bayrağı tutmuş yürüş izləyiciləri alqış sədaları ilə idmançıları salamladılar. Tədbirdə təhlükəsizlik tədbirləri ciddi şəkildə qorunurdu. İdman tədbirinə havadan helikopterlər nəzarət edirdi. Tədbir Sumqayıt şəhər İcra hakimiyyətinin yerləşdiyi məkandan başlayaraq Şərq bazarı istiqamətinə kimi keçirilirdi. Tədbirə 15-dən çox xarici ölkə idmançıları, o cümlədən Avstriya, Slovakiya, Malaziya, Almaniya, ABŞ, İzrail, BƏƏ, Yaponoya, Qazaxstan, İtaliya, Fransa və digər xarici dövlətlər qatılmışdı. Bir saata qədər davam edən tədbir onu izləməyə gələnlərin yadında xoş emosiyalarla qaldı.

Şirxanlı Rövşən



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə