Azərbaycanda seysmoloji tədqiqatlar peyk rabitəsi ilə işləyən seysmik stansiyalar şəbəkəsi vasitəsi ilə aparılır
Tarix: 03-12-2021 | Saat: 12:00
Bölmə:Ölkə | çapa göndər

Hər il dünyada yüz minlərlə zəlzələ baş verir. Onların çoxu zəif olduğu, yerin dərin qatlarında, okean və dənizlərdə baş verdiyi üçün insanlar bundan, adətən, xəbər tutmurlar. Amma yerüstü qatı silkələyən zəlzələlərdən təxminən 20-yə qədəri fəlakətlə nəticələnir. Yerin ani bir vaxt ərzində tektonik proseslərlə əlaqədar tərpənməsi – yəni zəlzələ ən dəhşətli təbii fəlakət kimi tarixdə qanlı izlər qoyub. Elm inkişaf etdikcə zəlzələnin öyrənilməsi və təbii ki, onun fəsadlarının minimuma endirilməsində xeyli irəliləyiş var. Amma bu təbii fəlakətin proqnozlaşdırılması hələ də mümkünsüz sayılır. Hazlrda bütün dünyada zəlzələnin proqnozlaşdırılması istiqamətində gərgin elmi araşdırmalar aparılır. Azərbaycan da əsrlər boyu zəlzələnin fəsadlarından zərər çəkmiş regionlardandır. Bu gün ölkəmizdə zəlzələlərin öyrənilməsi məsələləri ilə məşğul olan qurum AMEA-nın nəzdində fəaliyyət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzidir.
Seysmoloji tədqiqatlar ən müasir stansiyalar şəbəkəsi vasitəsi ilə aparılır

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Azərbaycan Respublikasında zəlzələlərin tədqiqatı və öyrənilməsi ilə məşğul olan əsas təşkilatdır. Mərkəzdə seysmoloji, geofiziki, geokimyəvi və geodinamik kompleks tədqiqatlar aparılır. AMEA nəzdində RSXM MDB məkanında yeganə təşkilatdır ki burada seysmoloji tədqiqatlar ən müasir, peyk rabitəsi ilə işləyən seysmik stansiyalar şəbəkəsi vasitəsi ilə aparılır. Qeyd edək ki, ABŞ-ın “Kinemetriks” şirkətinin istehsalı olan bu seysmik stansiyalar şəbəkəsi dünyanın əsas aparıcı dövlətlərində var. Hazırda Respublika Seysmoloji Xidmət Mərkəznin respublika ərazisində 35 peyk rabitəsi ilə işləyən seysmik stansiyaları var. Bundan başqa beynəlxalq qrant layihəsi çərçivəsində respublika ərasizisində 22 yeni seysmik stansiyanın quraşdırılması nəzərdə tutulub ki,həmin stansiyalardan 3-ü (Daşkəsən, Tovuz və İsmayıllı (Zərnava)) seysmik stansiyalarının quraşdırılması başa çatdırılmışdır. Mərkəzin respublika ərazisində 24 GPS stansiyası da fəaliyyət göstərir. Azərbaycanın Saatlı rayonundakı dərinliyi 8324 metr olan quyu üzərində yerləşdirilmiş GPS stansiya öz unikallığı ilə seçilir. RSXM-nin respublika ərazisində həmçinin geofiziki və geokimyəvi stansiyaları da fəaliyyət göstərir. MDB məkanında ilk dəfə olaraq Xəzər dənizinin Azərbaycan sektorunda 3 ədəd dənizdibi seysmik stansiyaların qurulması nəzərdə tutulur ki, həmin stansiyaların qurulması nəticəsində həm dənizin dibində gedən yeraltı tektonik proseslər, həm də bu proseslərin neft yataqlarına, neft hasilatına göstərdiyi təsirlərlə bağlı daha mükəmməl tədqiqatlar aparılmasına imkan yaranacaq.
Qeyd edək ki, 2008-ci ildən AMEA nəzdində RSXM-ə AMEA-nın müxbir üzvü, “Əməkdar Elm xadimi”, geologiya-mineralogiya elmlər doktoru, professor Qurban Cəlal oğlu Yetirmişli rəhbərlik edir. Azərbaycanda seysmik monitorinq şəbəkəsinin qurulması və genişləndirilməsində onun müstəsna xidmətləri olmuşdur.
Beynəlxalq elmi əlaqələr ən yüksək səviyyədə qurulub

Bu gün Respublika Seysmoloji Xidmət Mərkəzi 20-dən artıq xarici ölkənin seysmoloji mərkəzləri ilə səmərəli əməkdaşlıq edir. 2008-ci ildə RSXM iki mühüm seysmoloji beynəlxalq təşkilatın – İRİS (Birləşmiş Seysmoloji tədqiqatlar İnstitutu) və ORFEUS ( Avropa Seysmoloji Müşahidə və Tədqiqatlar Mərkəzi) həqiqi üzvü seçilmişdir. 2012-ci ildə isə RSXM Avropa Seysmoloji komissiyasının assosiativ üzvü seçilmişdir. Mərkəz həmçinin Rusiya Elmlər Akademiyası O.Y.Şmidt adına Yer Fizikası İnsititutu, Özbəkistan Elmlər Akademiyası Seysmologiya İnstitutu, Belarus Milli Elmlər Akademiyası Geofiziki Monitorinq Mərkəzi, Kataloniya Geologiya İnstitutu (İspaniya), İlya Çavçavadze adına Dövlət Universiteti (Gürcüstan Respublikası), ABŞ, Yunanıstan, Yaponiya, Türkiyə və başqa ölkələrlə ikitəfli əməkdaşlıq edir. Qeyd edək ki, RSXM-in əldə etdiyi uğurlardan biri də “Kinemetrks” şirkətinin başqa ölkələrdə telemetrik – peyk rabitəsi ilə işləyən stansiyalarının quraşdırılmasında azərbaycanlı seysmoloqlarının iştirakı ilə bağlıdır. 2012-ci ildə RSXM-in əməkdaşları şirkətlə əldə olunmuş razılaşma çərçivəsində Əbu-Dabidə (BƏƏ) seysmik stansiyaların quraşdırılmasında iştirak ediblər.
Oksford Universiteti ilə əməkdaşlıq əlaqələri inkişaf etdirilir

Noyabr ayının 23-də Böyük Britaniyanın Oksford Universitetinin professoru Riçhard Voalker və universitetin əməkdaşı İan Pierce Azərbaycana səfər çərçivəsində AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində olublar. Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli, RSXM - nin baş direktorunun elmi işlər üzrə müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rauf Muradov, “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri Telman Cəfərov və İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı iştirak ediblər. Professor Qurban Yetirmişli Oksford Universiteti ilə mərkəz arasında ikitərəfli əməkdaşlıq və birgə elmi tədqiqatların aparılması, eləcə də birgə elmi layihələrin həyata keçirilməsinə dair təşəbbüsləri müsbət qiymətləndirərək əməkdaşlıq üçün real imkanlar olduğunu qeyd edib. Onun sözlərinə görə, Oksford Universiteti ilə RSXM arasında əməkdaşlığa dair tərəflər arasında bir neçə dəfə onlayn görüşlər keçirilib və həmin görüşlərdə də əməkdaşlıq perspektivləri müzakirə olunub. Oksford Universitetinin professoru Riçard Voalker AMEA nəzdində RSXM tərəfindən aparılan tədqiqatları yüksək qiymətləndirərək mərkəzlə birgə layihələrin həyata keçirilməsinə maraqlı olduqlarını qeyd edib. Qonaq bildirib ki, birgə elmi tədqiqatların aparılması, eləcə də təcrübə mübadiləsinin həyata keçirilməsi üçün yaxşı imkanlar var. O, həyata keçiriləcək layihələrə BP şirkətinin qoşulmasının mümkünlüyünü də istisna etməyib.
Qardaş Türkiyənin müvafiq qurumu ilə Razılaşma Protokolu imzalanıb
Bu gün Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələri bütün sahələrdə öz əksini tapmaqdadır. O cümlədən dekabrın 3-də Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamenti və AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsinə dair 1-3 dekabr 2021-ci il tarixlərində aparılmış danışıqların nəticəsinə dair Razılaşma Protokolu imzalanıb. Protokolu Türkiyə tərəfindən Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinin (AFAD) Zəlzələ Departamentinin rəhbəri Murat Nurlu, Azərbaycan tərəfindən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli imzalayıblar. Razılaşmaya əsasən Türkiyə tərəfi Azərbaycana dərin quyu stansiyası verəcək və həmin stansiyanın 2022-ci ildə quraşdırılması nəzərdə tutulur. Bundan başqa, qardaş ölkə Qarabağda seysmik stansiyaların quraşdırılması, kadrların təcrübə mübadiləsi, baş verən zəlzələlərə dair seysmik stansiya məlumatlarının mübadiləsi sahəsində Azərbaycana dəstək verəcək.
Abbas Abbasov
Elburus Bağırov
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
08-03-2025
09:00 Qardaşlığın simvolu
07-03-2025