Ukraynanın şərqi yenə qan içindədir
Tarix: 19-07-2015 | Saat: 18:13
Bölmə:Şou-biznes / Aia TV / Karusel | çapa göndər
Ukrayna hərbi qüvvələri üsyançıların mövqelərini atəşə tutublar.
Ukraynanın şərq vilayəti Donetskdə hökumət qüvvələri ilə rusiyapərəst üsyançılar arasında vəziyyət yenidən gərginləşib.
Ukrayna hərbi qüvvələri üsyançıların mövqelərini atəşə tutublar. Məlumata görə, Donetsk şəhərində atışmalar zamanı 4-ü mülki vətəndaş olmaqla 5 nəfər öldürülüb, bir nəfər yaralanıb.
Atışmalar qarşılıqlı olaraq gecə boyu davam edib.
Donetsk sakini Radion Qriqoryev bildirib: “Onlar tikinti sahəsini vurdular. Bir nəfər öldü. Biz azı 9 mərmi saydıq. Onlar qəzet köşkünü, məktəbi və yataqxananı da vurublar. Bu nə cür atəşkəsdir?”
Üsyançıların komandiri Petroviç bildirir: “Donetsk Respublikası hücum altındadır. Bütün məhdudiyyətlərə baxmayaraq, hər kəs bu münaqişənin məntiqi sonluğunu görmək istəyir. Biz isə, hərbiçi kimi atəş açmamaq üçün əmr almışıq”
Hər iki tərəf atəşkəsi pozmaqda bir-birilərini təqsirləndiriblər. Rəsmi Kiyev üsyançıları Minsk razılaşmanı pozmaqda və razılaşma əsasında qadağan olunmuş silahlardan istifadə etmək ittiham edir.
Üsyançılar hökumət qüvvələrinin atəşi nəticəsində təbii qaz kəmərininin sıradan çıxdığını bildiriblər.
Fevral ayında Minskdə əldə olunan atəşkəs əsasında tərəflər təmas xəttindən ağır hərbi texnikanı geri çəkməyə dair razılığa gəlmişdilər.
Ukraynada münaqişələr başlayandan indiyə kimi 6500-dən çox insan öldürülüb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-12-2024