AZ RU Mobil versiya
ABŞ-ın MLI İnstitutu Azərbaycana daha 8 minaaxtaran it göndərib
Tarix: 01-12-2021 | Saat: 17:38
Bölmə:Cəmiyyət | çapa göndər

ABŞ-ın MLI İnstitutu Azərbaycana daha 8 minaaxtaran it göndərib


İşğaldan azad edilən Qarabağda minatəmizləmə əməliyyatlarına daha 8 baş it qatılacaq. Marşal İrsi İnstitutu (Marshall Legacy Institute, MLI) tərəfindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) verilən itlərin sayı 20-yə çatdı. Yerdə qalan 10 baş itlərin agentliyə təhvili 2022- 2023- cü illərdə gözlənilir. Xatırladaq ki, cari ilin 26 avqust tarixində imzalanmış Anlaşma Memorandumu çərçivəsində, MLİ tərəfindən ANAMA-ya veriləcək itlərin sayı 30-dur.

ANAMA-dan aia.az-a bildirilib ki, göndərilən itlərin 6-sı ANAMA-nın, qalan 2-si isə Marşal İrsi İnstitutu tərəfindən cəlb edilən donorların maliyyə dəstəyi ilə alınıb.

Öncədən göndərilən minaaxtaran itlər Agentliyin Horadiz Regional Mərkəzində öz bələdçisi ilə uyğunlaşma təlimi və Beynəlxalq Minatəmizləmə Standartları (IMAS) üzrə akkreditasiyadan keçirilərək, işğaldan azad edilən ərazilərdə əməliyyatlara cəlb olunublar.
Minatəmizləmə əməliyyatlarında əsasən Alman Ovçarkası və Belçika Malinua cinsindən olan itlərə üstünlük verilir. MAİ-lərlə istifadə olunan dil ingilis və holland dilləridir. İtlər 3 ayından etibarən onlar üçün ayrılmış xüsusi oyun meydançasında təlimlərə başlayır. 18 ayınadək dörd-ayaqlı köməkçilər müxtəlif növ partlayıcı qurğuların aşkar edilməsi bacarığına yiyələnir. Sonda akkreditasiyadan keçmiş MAİ və bələdçisi sahə əməliyyatlarına cəlb olunur.

MAİ-lər işə cəlb edilməzdən əvvəl bütün tibbi amillər nəzərdən keçirilir və itin sağlamlığı barədə sertifikat əldə edilir. Əməliyyatlarda iştirak edən MAİ-lər tam sağlam olmalıdır. Həmçinin, baytar nəzarəti altında itlər 6 ayından etibarən qrafik üzrə və region dəyişikliyi zamanı peyvənd olunurlar.

Əllə və mexaniki vasitələrlə təmizləmə əməliyyatları ilə birgə xüsusi təlim keçmiş minaaxtaran itlərin də ərazilərin minalardan təmizlənməsində və insan həyatının xilas edilməsində rolu əvəzsizdir. Minaaxtaran itlər təmizləmə əməliyyatlarında, texniki tədqiqatda, şübhəli sahələrin qısaldılmasında, mexaniki yolla yoxlanılmış sahələrdə aparılan keyfiyyətə nəzarət prosedurlarında istifadə olunur.
Qeyd edək ki, itlərin Azərbaycana gətirilməsi Silk Way West Airlines şirkəti tərəfindən təmənnasız olaraq mərhələli şəkildə həyata keçirilir.

ANAMA ilə sıx əməkdaşlıq çərçivəsində 2005-ci ildən etibarən MLI Agentliyin minaaxtaran itlərinin potensialının artırılmasına dəstək verir. Marşal İrsi İnstitutu tərəfindən keçirilən “Minatəmizləmə və insan həyatının xilas edilməsi” yarışmasında fərqləndiyinə görə müxtəlif illərdə Agentliyin 3 minaaxtaran iti qalib seçilmişdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5102 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-01-2022