AZ RU Mobil versiya
DSX-nin şəhid hərbçiləri II Şəhidlər Xiyabanında dəfn olunur
Tarix: 01-12-2021 | Saat: 14:42
Bölmə:Ölkə | çapa göndər

DSX-nin şəhid hərbçiləri II Şəhidlər Xiyabanında dəfn olunur

DSX-nin helikopterinin qəzaya uğraması nəticəsində şəhid olanlar II Şəhidlər Xiyabanında dəfn olunur.

Noyabrın 30-da Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterdə şəhid olan hərbçilərlə vida mərasimi keçirilib.

Vida mərasimindən sonra DSX-nin şəhid olan hərbi qulluqçuları II Şəhidlər Xiyabanında dəfn olunur.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində polkovnik Cavadov Fizuli Əli İbram oğlu, polkovnik Nəzirov Emil Nəzir oğlu, mayor Həsənov Elmir Mircəlil oğlu, mayor Əhmədov Elbrus Səmrəddin oğlu, mayor Mayılov Emil Şahid oğlu, mayor Məmmədov Murad Yaşar oğlu, mayor Əliyev Emil Elman oğlu, tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu, kapitan Bayramlı Cavid Əhliman oğlu, kapitan Əliyev Xəyyam Əlixan oğlu, kapitan Qaraisayev Teymur Ənvər oğlu, leytenant Süleymanov Abdulla Telman oğlu, baş leytenant Nağıyev Fərid Təyyar oğlu, işçi Nəbiyev Elçin Fikrət oğlu həlak olub.

Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

8131 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-01-2022