AZ RU Mobil versiya
"Pediatriyada aktual mövzular: müasir tibbi yeniliklərin təcrübədə tətbiqi" mövzusunda Beynəlxalq Elmi Konqres keçiriləcək
Tarix: 01-12-2021 | Saat: 14:37
Bölmə:Ölkə | çapa göndər

"Pediatriyada aktual mövzular: müasir tibbi yeniliklərin təcrübədə tətbiqi" mövzusunda Beynəlxalq Elmi Konqres keçiriləcək

9-11 dekabr 2021-ci il tarixlərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsi Elmi-Təcrübi və Tədris Mərkəzi, Mərkəzi Gömrük Hospitalı və Mərkəzi Gömrük Hospitalının rəsmi tərəfdaşı Florence Nightingale Xəstəxanalar Qrupunun birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş "Pediatriyada aktual mövzular: müasir tibbi yeniliklərin təcrübədə tətbiqi" mövzusunda Beynəlxalq Elmi Konqres həyata keçiriləcək.

3 gün ərzində həyata keçiriləcək konqresdə Azərbaycan və Türkiyənin qabaqcıl özəl, dövlət və universitet xəstəxanalarının professor heyəti tərəfindən 9 paneldə ümumilikdə 27 məruzənin dinlənilməsi nəzərdə tutulub. Pediatriyanın aktual mövzularını əhatə edəcək və müasir tibbi yeniliklərin təcrübədə tətbiqinə zəmin yaradacaq konqresdə yerli və beynəlxalq ekspertlər arasında məlumat mübadiləsinin təmin edilməsi məqsədilə sual-cavab sesiyaları və panel müzakirələri də həyata keçiriləcək. Beləliklə konqres ümumilikdə həm dinləyicilər həm də məruzəçilər arasında interaktiv müzakirə platformasına çevriləcək.

Konqres distant şəkildə ZOOM proqramı vasitəsilə həyata keçiriləcəyindən hər kəs konqresə onlayn şəkildə qoşula biləcək.

Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!

Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya sertifikat və 24 DTT balı veriləcək.

Konqresdə iştirak ödənişsizdir. Hər kəs konqresdə iştirak üçün dəvətlidir!

Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/W9CwC3d9HYPDFUsH9

Proqramla tanış olmaq üçün link: https://customshospital.az/12-dekabr-pediatriyada-aktual-movzular-muasir-tibbi-yeniliklerin-tecrubede-tetbiqi/#gsc.tab=0

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

886 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-01-2022