AZ RU Mobil versiya
Onların hər biri şəhidlik zirvəsinə ucalaraq vətənimizin başını uca etdilər - Elçin Quliyev
Tarix: 01-12-2021 | Saat: 13:35
Bölmə:Manşet / Aktual | çapa göndər

Onların hər biri şəhidlik zirvəsinə ucalaraq vətənimizin başını uca etdilər -

Silahdaşlarımızı itirdik. Onların hər biri şəhidlik zirvəsinə ucalaraq vətənimizin başını uca etdilər.

aia.az-ın məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev ötən gün baş vermiş helikopter qəzasında şəhid olanlarla keçirilən vida mərasimi zamanı deyib.

"Vətən sağ olsun. Şəhidlərimizin yaxınlarına DSX-nin bütün şəxsi heyəti adından başsağlığı verirəm. Əmin ola bilərsiniz ki, onların vətənə göstərdiyi xidmətlər yaşadılaraq, gələcək nəsillərə ötürüləcək", - deyə DSX rəisi bildirib.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində polkovnik Cavadov Fizuli Əli İbram oğlu, polkovnik Nəzirov Emil Nəzir oğlu, mayor Həsənov Elmir Mircəlil oğlu, mayor Əhmədov Elbrus Səmrəddin oğlu, mayor Mayılov Emil Şahid oğlu, mayor Məmmədov Murad Yaşar oğlu, mayor Əliyev Emil Elman oğlu, tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu, kapitan Bayramlı Cavid Əhliman oğlu, kapitan Əliyev Xəyyam Əlixan oğlu, kapitan Qaraisayev Teymur Ənvər oğlu, leytenant Süleymanov Abdulla Telman oğlu, baş leytenant Nağıyev Fərid Təyyar oğlu, işçi Nəbiyev Elçin Fikrət oğlu həlak olub.

Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

1182 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-01-2022