Mobil versiya
“Qarabağ”dan bu gün keçiriləcək oyunla bağlı açıqlama
Tarix: 25-11-2021 | Saat: 11:50
Bölmə:İdman | çapa göndər

“Qarabağ”dan bu gün keçiriləcək oyunla bağlı açıqlama


"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda “Omoniya” (Kipr) ilə Bakıda keçirəcəyi oyununa bilet satışı davam edir. Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 10, 50 və 75 manat təşkil edir.

Klubun mətbuat katibi Gündüz Abbaszadə Trend-ə bildirib ki, artıq 13000 bilet satılıb.

O bildirib ki, “Omoniya” klubu il qarşılaşacaq “Qarabağ”ın matçına maraq böyükdür: "Havanın yağıntılı keçməsi oyunçularımızın oyununa və azarkeşlərimizin meydana gəlişinə mənfi təsir etməyəcək", - G.Abbaszadə deyib.

Qeyd edək ki, “Qarabağ” - “Omoniya” matçı bu gün saat 21:45-də start götürəcək.Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər azarkeş tribunalara buraxılacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
18-04-2024