Mobil versiya
Qanunsuz ov edən şəxs polisə xəsarət yetirdi
Tarix: 24-11-2021 | Saat: 13:15
Bölmə:Ölkə | çapa göndər

Qanunsuz ov edən şəxs polisə xəsarət yetirdi

Zərdabda qanunsuz ov edən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Ucar rayon sakinləri S.Qasımov, Ə.Abdurəhmanov və oğlu R.Abdurəhmanov Zərdab rayonunun Məlikumudlu kəndi ərazisində qanunsuz ov etdikləri üçün həmin ərazidə xidmət aparan Zərdab Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən şöbəyə dəvət edilərkən R.Abdurəhmanov tüfəngin qundağı ilə polis əməkdaşının əl nahiyəsinə xəsarət yetirib.

Daha sonra həmin şəxslər tüfəngdən atəş açaraq qaçıblar.

Görülən tədbirlərlə həmin şəxslər saxlanılıblar.

Polis əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi, 11 ədəd patron götürülüb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-03-2025