Mobil versiya
Sabah hava necə olacaq?
Tarix: 24-11-2021 | Saat: 12:44
Bölmə:Ölkə | çapa göndər

Sabah hava necə olacaq?

Noyabrın 25-də ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən aia.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Güclü şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Abşeron yarımadasında havanın temperaturu gecə 5-7° isti, gündüz 7-10° isti, Bakıda gecə 5-7° isti, gündüz 7-9° isti olacaq.

Atmosfer təzyiqi 765 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 70-80 % olacaq.

Noyabrın 25-də gündüz Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-12° isti, dağlarda gecə 3-6° şaxta, gündüz 0-3° şaxta olacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-03-2025