Mobil versiya
Azərbaycanda xidmət sahələrində 400 mindən yuxarı hazır iş yerləri var - Səttar Möhbalıyev
Tarix: 23-11-2021 | Saat: 13:05
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azərbaycanda xidmət sahələrində 400 mindən yuxarı hazır iş yerləri var -

Azərbaycanda xidmət sahələrində 400 mindən yuxarı hazır iş yerləri var.

aia.az-ın məlumatına görə, bunu deputat Səttar Möhbalıyev Milli Məclisin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, bununla bağlı monitorinq keçirilib.

“Biz AHİK olaraq 3 il əvvəl apardığımız monitorinqə əsasən, Azərbaycanda xidmət sahələrində 400 mindən yuxarı hazır iş yerləri var”, - deyə deputat bildirib.

O vurğulayıb ki, qanunvericiliyə əsasən, Azərbaycanda iş saatı 8 saatdır.

“Bunu iqtisadi qurumlar həmin yerlərdən tələb etməlidir ki, 2 növbəli iş sisteminə keçid etsinlər. Bu işsizliyin aradan qaldırılmasına, daxili miqrasiyanın azalmasına səbəb olacaq. Bəzi sahələrdə insanlar 16-17-18 saat işlədilir. Buna nəzarət artırılmalıdır”, - deyə S.Mehbalıyev vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
16-05-2025