Ana Sayfa > Manşet / Siyasət > Azərbaycanda xidmət sahələrində 400 mindən yuxarı hazır iş yerləri var -
Azərbaycanda xidmət sahələrində 400 mindən yuxarı hazır iş yerləri var -23-11-2021, 13:05. Yazar: sevinc1 |
![]() Azərbaycanda xidmət sahələrində 400 mindən yuxarı hazır iş yerləri var. aia.az-ın məlumatına görə, bunu deputat Səttar Möhbalıyev Milli Məclisin bu gün keçirilən iclasında deyib. O qeyd edib ki, bununla bağlı monitorinq keçirilib. “Biz AHİK olaraq 3 il əvvəl apardığımız monitorinqə əsasən, Azərbaycanda xidmət sahələrində 400 mindən yuxarı hazır iş yerləri var”, - deyə deputat bildirib. O vurğulayıb ki, qanunvericiliyə əsasən, Azərbaycanda iş saatı 8 saatdır. “Bunu iqtisadi qurumlar həmin yerlərdən tələb etməlidir ki, 2 növbəli iş sisteminə keçid etsinlər. Bu işsizliyin aradan qaldırılmasına, daxili miqrasiyanın azalmasına səbəb olacaq. Bəzi sahələrdə insanlar 16-17-18 saat işlədilir. Buna nəzarət artırılmalıdır”, - deyə S.Mehbalıyev vurğulayıb. aia.az Geri dön |