Mobil versiya
Tramp: "Mən artıq prezidentəm"
Tarix: 05-05-2016 | Saat: 15:51
Bölmə:Siyasət | çapa göndər

Tramp: "Mən artıq prezidentəm"







Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə iddiaçı, milyarder Donald Trampın seçki qərargahı biznesmenin təbliğat kampaniyası üçün ən azı 1 milyard dollar toplamağı planlaşdırır.

Aia.Az publika.az -a istinadən bildirir ki, bunu milyarderin özü NBC telekanalına müsahibəsində deyib.

"Biz bir milyard dollar və ya daha çox toplamağa çalışacağıq", - respublikaçı bildirib.

Onun sözlərinə görə, bu vəsait prezident kreslosu uğrunda mübarizədə demokrat namizəd üzərində qələbə qazanmaq üçün lazımdır. Demokratlar Partiyasının daxilində keçirilən ilkin seçkilərin hazırkı nəticələrinə görə, respublikaçılarda rəqibsiz qalan Trampla prezident postu uğrunda mübarizəni ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton aparacaq.

Tramp qeyd edib ki, onun məlumatlarına görə, demokratlar öz namizədinin seçkiqabağı kampaniyasına ən azı 2 milyard dollar cəlb edə bilərlər.

Klintonla potensial qarşıdurması haqqında danışan milyarder əminliyini ifadə edib ki, prezident seçkisinin final turunda sabiq dövlət katibinə qalib gəlmək çox asan olacaq: "Mən Respublikaçılar Partiyasında 16 siyasətçi üzərində qələbə qazandım. Onların arasında senatorlar, qubernatorlar və son dərəcə yüksək vəzifəli insanlar var idi. Buna görə də hesab edirəm ki, Klinton üzərində qələbə qazanmaq daha asan olacaq. Mən artıq prezident olduğumu söyləyə bilərəm".

Tramp seçicilərinə ABŞ-ın gücünü bərpa etməyə, Rusiya ilə münasibətləri qaydaya salmağa və İŞİD-ə qalib gəlməyə söz verib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri 2016-cı ilin noyabrında keçiriləcək.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-12-2024