Mobil versiya
Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü ilə əlaqədar YAP Saatlı rayon təşkilatı “Yeni Azərbaycan Partiyası Azərbaycanın bu günün partiyasıdır, XXI əsrin partiyasıdır, ücüncü minilliyin partiyasıdır” mövzusunda tədbir keçirdi.
Tarix: 18-11-2021 | Saat: 12:22
Bölmə:Ölkə | çapa göndər

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü ilə əlaqədar YAP Saatlı rayon təşkilatı “Yeni Azərbaycan Partiyası Azərbaycanın bu günün partiyasıdır, XXI əsrin partiyasıdır, ücüncü minilliyin partiyasıdır” mövzusunda tədbir keçirdi.

Tədbirdə ilk öncə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və bütövlüyü uğrunda həlak olmuş vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə çıxış edənlər qeyd etdilər ki, xalqın geniş təbəqələrinin istəyini ifadə edən 91 nəfər ziyalı 1992-ci il oktyabrın 16-da Ulu Öndər Heydər Əliyevə müraciət edərək, yaranmaqda olan siyasi hərəkata rəhbərliyi öz üzərinə götürməyi təkidlə xahiş etdi. Müraciəti imzalayan insanlar yaxşı başa düşürdülər və əmin idilər ki, yenicə müstəqillik qazanmış ölkəni düşmüş olduğu ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət Ümummilli Lider Heydər Əliyevdir. Əslində bu, bütün xalqın ürəyinin səsi idi. Azərbaycanda müstəqil dövlətçiliyin, onun bütövlüyünün təhlükə qarşısında qalması, ölkədə hökm sürən hərc-mərclik, vətəndaş qarşıdurması və milli qarşıdurma, insanların həyatının dözülməz hala düşməsi və bütün bu vəziyyətin getdikcə çıxılmaz xarakter alması ilə bağlı ziyalıların narahatlığını və həyacanını bölüşən Heydər Əliyev 1992-ci il oktyabrın 24-də göndərdiyi cavab məktubunda yaranmış vəziyyəti dərindən təhlil etmiş və çıxış yollarını göstərmişdir. Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın mövcud durumunu və yaranmış təhlükəli vəziyyətdə çıxış yollarını göstərən, onun müdrik tövsiyyələrini əks etdirən bu məktubu sonralar YAP-ın fəaliyyətinin əsas prinsiplərini və istiqamətlərini təşkil etmişdir. Ulu Öndər Heydər Əliyevin Azərbaycanın xilası naminə, xalqın mütəşəkkil tələbi və istəyi ilə partiyaya rəhbərlik etməyə razılıq verməsi dahi siyasətçinin böyük siyasətə qayıdışının əsasını qoydu və beləliklə, 1992-ci il noyabrın 21-də keçirilən YAP-ın təsis konfransıda Heydər Əliyev sədr seçildi.

Yenicə qazanılan dövlət müstəqilliyi, hətta Azərbaycanın bir dövlət kimi mövcudluğu belə, real təhlükə qarşısında idi. Azərbaycanda çox həssas və narahat ictimai siyasi vəziyyət yaranmışdı. Son anda azərbaycan xalqı müdrikliyini nümayiş etdirdi,üzünü sınanmış və sədaqətli oğlu Heydər Əliyevə tutdu. Ulu Öndər xalqın bu çağırışına biganə qalmadı, xalqın arzu və tələbi ilə ikinci dəfə dövlət rəhbərliyinə qayıdaraq heç kəsin görə bilməyəcəyi işləri qısa zaman kəsiyində yerinə yetirdi. Xaos və anarxiyaya son qoyuldu, möhkəm və dönməz sabitlik yaradıldı. Heydər Əliyev zəkası və əzmi, qətiyyəti və iradəsi sayəsində az vaxtda Azərbaycan bir dövlət kimi məhvolmadan, böhran və xaosdan qurtuldu.

Tədbir iştirakçıları xüsusi olaraq qeyd etdilər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi, birlik, iradə, əzmkarlıq nümayiş etdirərək tarixi missiyasını yerinə yetirdi. Azərbaycan istəyinə nail oldu, ədaləti bərpa etdi, 44 gün ərzində parlaq qələbə qazanaraq, Ermənistanı məğlub etdi, işğala son qoyaraq şanlı tarixini yazdı. Bütün bu uğurların əldə olunmasında çox hörmətli Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi yeri və rolu vardır. Bu müddət ərzində Prezident İlham Əliyevin gördüyü bütün işlərdə fəal iştirak edərək vacib məsələlərin həllində Mehriban xanım Prezident İlham Əliyevin ən yaxın silahdaşı olaraq doğma vətənimizin milli mənəvi dəyərlərinin dünya miqyasında tanıdılması və təbliği üçün çox böyük işlər görmüşdür.

Çıxış edənlər böyük fərəh hissi ilə qeyd etdilər ki, dövlətimizin Başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Azərbaycanın Brinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın birgə səyləri nəticəsində cənnət Qarabağımızda şəhər və kəndlərimizin yenidən müasir tələblər səviyyəsində inşası, tarixi və dini abidələrimizin bərpası tezliklə başa çatacaqdır, cənnət Qarabağımıza böyük qayıdış başlayacaq, həyat öz axarına düşəcəkdir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-03-2025