Mobil versiya
ŞƏMKİRDƏ DAHA BİR ŞƏHİDİN İLDÖNÜMÜ QEYD OLUNDU.
Tarix: 17-11-2021 | Saat: 10:01
Bölmə:Ölkə | çapa göndər

ŞƏMKİRDƏ  DAHA BİR ŞƏHİDİN İLDÖNÜMÜ QEYD OLUNDU.

44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksəlmiş igid oğullarımızın yoxluğundan artıq 1 il ötür.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, qazilər, şəhidin doğmaları və ictimaiyyət nümayəndələri torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən 2-ci Qarabağ müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Şəmkir şəhərindən olan Rüstəmov Vüqar Kamil oğlunun məzarını şəhidimizin ildönümündə ziyarət ediblər.

Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, qəhrəman Vətən oğlunun məzarı başında çıxış edərək şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. 44 günlük Vətən müharibəsindən söz açan Fəxrəddin Vəliyev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında həmin müharibədə qazanılan şanlı Qələbədə Vüqar Rüstəmovun timsalında bütün Şəmkir şəhidlərinin şücaətindən danışıb.
Qəhrəman şəhidlərimizin keçdikləri döyüş yolundan, göstərdikləri vətənpərvərlik nümunəsindən söz açan rayon təşkilatının sədri Fəxrəddin Vəliyev illər keçsə də şəhidlərimizin və onların qəhrəmanlıqlarının unudulmayacağını vurğulayıb və belə igid Vətən oğulları ilə fəxr etdiyini dilə gətirib.

Daha sonra tədbir iştirakçıları igid Vətən oğlunun ata ocağına gələrək torpaq uğrunda canından keçən şəhidlərimizə bir daha Allahdan rəhmət, ailələrinə səbir diləyib, əziz xatirələrini ehtiramla yad ediblər.

Şəhidin ailə üzvləri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə edib, ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Övladları və onlar kimi igid Vətən oğulları ilə hər zaman qürur duyacaqlarını söyləyiblər.

Qeyd edək ki, Vüqar Rüstəmov ailəsi ilə birlikdə Şəmkir şəhərində yaşayıb və Şəhidlik zirvəsinə ucaldıqdan sonra Gədəbəy rayonunda dəfn olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-03-2025