Mobil versiya
Bütün ölkə üzrə pensiyalar ödənildi
Tarix: 16-11-2021 | Saat: 11:36
Bölmə:Karusel / Ölkə | çapa göndər

Bütün ölkə üzrə pensiyalar ödənildi

Ölkə üzrə noyabr ayının pensiyaları tam ödənilərək başa çatdırılıb.

Bu barədə aia.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Məlumatda qeyd olunur ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla bütün ölkə üzrə noyabr ayının pensiyaları ödənilib.

Vətəndaşlar pensiyalarını kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Qeyd edək ki, 2021-ci il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 214,1 min (ötən ilin iyulun 1-i vəziyyətinə 1257,4 min) pensiyaçı qeydiyyatda olub ki, bu da ölkə əhalisinin 12,1 faizini təşkil edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-03-2025