Mobil versiya
Bu gün Bakıda futbol üzrə U-17 Avropa çempionatı başlayır
Tarix: 05-05-2016 | Saat: 13:40
Bölmə:İdman | çapa göndər

Bu gün Bakıda futbol üzrə U-17 Avropa çempionatı başlayır


Bu gün 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinə start veriləcək. A və B qrupunun komandaları I turun oyununa çıxacaqlar.

Günün ilk qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək. Ölkənin ən böyük arenasında B qrupunda çıxış edən Avstriya ilə Bosniya və Herseqovina milliləri üz-üzə gələcək. 8-ci km qəsəbə stadionunda keçiriləcək qrupun digər matçında isə çempionatın favoritlərindən olan Almaniya Ukraynanı sınağa çəkəcək.

Bu stadiondakı növbəti matç isə A qrupunun oyunu olacaq. Azərbaycan yığmasının rəqibləri Belçika ilə Şotlandiya ilk xal üçün mübarizə aparacaq. Günün son qarşılaşması Bakı Olimpiya Stadionuna təsadüf edəcək. 19:30-da start götürəcək açılış mərasiminin ardınca yığmamız meydana çıxacaq. Komandamız Bakıya medal iddiası ilə gələn Portuqaliya ilə qarşılaşacaq.

U-17 AÇ-2016-nın final mərhələsi

Qrup mərhələsi, I tur


B qrupu

14:00. Avstriya – Bosniya və Herseqovina

Bakı Olimpiya Stadionu


***************************************************************************************************************************************
17:00. Ukrayna – Almaniya

8-ci km qəsəbə stadionu



A qrupu

19:00. Belçika – Şotlandiya

8-ci km qəsəbə stadionu

****************************************************************************************************************************************
20:00. Azərbaycan – Portuqaliya

Bakı Olimpiya Stadionu




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024