Mobil versiya
Qaradağda daş karxanasında işləyən maşinist mühərrikə ilişərək ölüb
Tarix: 15-11-2021 | Saat: 16:16
Bölmə:Ölkə | çapa göndər

Qaradağda daş karxanasında işləyən maşinist mühərrikə ilişərək ölüb

Noyabrın 12-si saat 18 radələrində Qaradağ rayonu Qızıldaş qəsəbəsi ərazisində yerləşən “Qaradağ” ASC-yə məxsus daş karxanasında maşinist işləyən Əbülfəz Hacıyevin iş yerində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ Rayon Prokurorluğundan aia.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, Əbülfəz Hacıyev işlədiyi daş karxanasında idarə etdiyi daş kəsən mişar maşın-kombaynın mühərrik hissəsinə ilişərək mühərrikin hərəkətdə olan hissəsinin arasında qalması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-03-2025