Mobil versiya
Novruzəli Aslanov: “Ali Baş Komandan İlham Əliyevin Türk dünyasının inkişafı üçün atdığı addımlar ali mükafata layiq görülüb”
Tarix: 15-11-2021 | Saat: 14:59
Bölmə:Manşet / Siyasət / Seçilənlər-7 | çapa göndər

Novruzəli Aslanov: “Ali Baş Komandan İlham Əliyevin Türk dünyasının inkişafı üçün atdığı addımlar ali mükafata layiq görülüb”

“Ölkə Prezidenti cənab İlham Əliyev qısa dövr ərzində Azərbaycanı müasir, inkişaf etmiş, güclü və beynəlxalq aləmdə böyük nüfuza malik bir dövlətə çevirdi. Dövlət başçımızın siyasi gedişləri və diplomatik səyləri nəticəsində Azərbaycanın haqq səsi bütün dünyaya çatdırıldı. Dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar ölkəmizin ədalətli mövqeyini dəstəkləyən, Ermənistanın işğalçılıq siyasətini pisləyən qərar və qətnamələr qəbul etdilər. Eyni zamanda da bu işlərə paralel olaraq Azərbaycan bütün Türk dünyasının birləşməsi, inkişafı və daha da güclənməsi yönümündə də mühüm işlər görüb. İlk növbədə Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi qələbə Türk Şurasının həm gücünü, həm də nüfuzunu daha çox artırmış oldu. Bütün Türk dünyası Azərbaycan ərazilərinin işğaldan azad olunmasına, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə görə daha da gücləndi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin deiyi kimi, vaxtilə türk dünyasının coğrafi baxımdan parçalanması məqsədilə Azərbaycandan alınıb Ermənistana birləşdirilən qədim Zəngəzur torpaqları bu gün artıq türk dünyasının birləşməsi rolunu oynayacaq. Noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə bütün bu məqamlar bir daha diqqət mərkəzinə gətirilərək yüksək dəyərləndirilib. Türkdilli ölkələrin Dövlət Başçıları Şurası tərəfindən Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsini və ərazi bütövlüyünün bərpasını təmin edərək türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə dövlətimizin başçısına “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməsi haqqında qərar qəbul edilib. Heç şübhəsiz bu, tarixi əhəmiyyət kəsb edən bir hadisədir və Azərbaycanın bu gün bütün dünyada getdikcə daha da artan nüfuzunun daha bir göstəricisidir.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili bildirib ki, Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə etdiyi çıxışında 44 günlük Vətən müharibəsinin gedişində qardaş Türkiyənin Azərbaycana verdiyi mənəvi-siyasi dəstəyi bir daha dəyərləndirməklə Türk dünyasının hər zaman birlik içərisində olmasının vacibliyini önə çəkib: “Ölkə Prezidenti cənab İlham Əliyevin də öz çıxışında qeyd etdiyi kimi, Azərbaycan müharibənin ilk günündən qardaş Türkiyədən böyük dəstək aldı. Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-də müharibə başlanan gün açıq şəkildə Azərbaycana dəstək ifadə etdi. Bu siyasi və mənəvi dəstəyin çox böyük əhəmiyyəti var idi. Bəyanatda deyilirdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Əlbəttə ki, bu, çox ciddi mesaj idi, ciddi siqnal idi. Bu, Azərbaycana imkan verdi ki, əks-hücum əməliyyatlarını hər hansı bir kənar qüvvənin müdaxiləsi olmadan həyata keçirsin. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev hər zaman deyirdi ki, əgər xarici müdaxilə olmasa, Azərbaycan Dağlıq Qarabağ məsələsini qısa müddət ərzində həll edə bilər və belə də oldu. Zirvə Görüşündə etdiyi çıxışında Prezident İlham Əliyev bu məqamı bir daha dəyərləndirməklə bütün terkdilli ölkələr arasında həmrəylik və birlik olmasının vacibliyini önə çəkdi. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti Türkmənistanın bu təşkilata müşahidəçi qismində qoşulmasını son iki il ərzində baş vermiş önəmli hadisələrdən biri kimi qiymətləndirdi. Eyni zamanda, Prezident İlham Əliyev Bakı Zirvəsində Özbəkistanın Şuraya üzv olmasını çox önmli hadisə kimi qeyd etdi. Dövlətimizin başçısı vurğuladı ki, 2009-cu ildə Naxçıvan Zirvə Görüşündə dörd ölkə lideri tərəfindən vaxt Naxçıvan sazişi imzalanmışdı. Bu gün isə təşkilata qoşulan ölkələrin sayı artıq 7-yə çatıb. Bu, onu göstərir ki, bu təşkilat çox cəlbedicidir və Prezident İlham Əliyevin dediyi kimi, bu təşkilatın daha da güclənməsi üçün hər bir üzv və hər bir müşahidəçi bundan sonra da bir nöqtəyə vurmalıdır.”

Daha sonra Novruzəli Aslanov bildirib ki, VIII Zirvə Görüşündə Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının qəbul etdiyi Qərarda Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının ərazilərinin işğaldan azad edilməsinin və ərazi bütövlüyünün bərpa olunmasının bütün Türk dünyasına mühüm töhfə olduğu bir daha öz əksini tapıb: “Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan respublikalarının prezidentləri tərəfindən imzalanmış bu qərarda Azərbaycanın tarixi Qələbəsinin bütün Türkdilli ölkələrin mənafeyi baxımından mühüm tarixi əhəmiyyət kəsb etdiyi vurğulanır. Ali Ordeni Azərbaycan Prezidentinə təqdim edən Prezident Rəcəb Tayyib Ərdoğan bir daha qeyd edib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulması təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır. Vətən müharibəsi nəticəsində illərdir tətbiq olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələri həyata keçirilmişdir. Azərbaycan bu yolla beynəlxalq ictimaiyyətin yaddaşına ədalət mesajını həkk etmişdir. Türkiyə Prezidenti vurğulayıb ki, Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda, bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb. Heç şübhəsiz torpaqlarımızın işğaldan azad edilməsi təkcə Azərbaycan üçün deyil, bütün müsəlman və Türk dünyası üçün olduqca əhəmiyyətli bir hadisədir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünü təmin edən Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqaz regionunda kimin əsl söz sahibi olması məsələsinə bir daha aydınlıq gətirdi və bu faktın müzakirəyə belə açıq olmadığını bütün dünyaya nümayiş etdirdi.”

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə