Mobil versiya
İsmayıllıda qanunsuz cüyür və porsuq ovlayan şəxs saxlanılıb - FOTO
Tarix: 12-11-2021 | Saat: 12:47
Bölmə:Ölkə | çapa göndər

İsmayıllıda qanunsuz cüyür və porsuq ovlayan şəxs saxlanılıb


İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində Bizlan kəndinin meşə ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan aia.az-a verilən məlumata görə, həmin şəxsin Bizlan kənd sakini Ravil Hümbətov olduğu müəyyən edilib və o, Polis Şöbəsinə gətirilib.Saxlanılan şəxsdən müvafiq sənədləri olmayan bir ədəd “İJ” markalı ov tüfəngi götürülüb. Davam etdirilən tədbirlərlə R.Hümbətovun işlədiyi ət mağazasından qanunsuz ovlayaraq satmaq məqsədilə saxladığı 1 baş cüyür və 3 porsuq da aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-03-2025