Mobil versiya
Azərbaycan pandemiya ilə mübarizədə böyük uğurlara imza atıb
Tarix: 10-11-2021 | Saat: 12:57
Bölmə:Seçki 2024 | çapa göndər

Azərbaycan pandemiya ilə mübarizədə böyük uğurlara imza atıb

Ölkəmizdə Prezident cənab İlham Əliyevin müəyyənləşdirdiyi kompleks tədbirlər hesabına COVID-19-la mübarizədə uğurlu nəticələr əldə edilmişdir. Fərəhləndirici haldır ki, öz fəaliyyətini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələri əsasında quran Azərbaycan dövlətinə görülən işlərə görə elə pandemiyanın ilk günlərindən yüksək qiymət verilmişdir. ÜST Azərbaycanda fəal iş aparmaqla yanaşı, həm də beynəlxalq səviyyədə Azərbaycanının təşəbbüslərini dəstəkləyir. Təsadüfi deyil ki, ÜST Azərbaycanın təşəbbüskarı olduğu zirvə görüşlərində iştirak edir və bu görüşlərdə ölkəmizin fəaliyyətinə yüksək dəyər verir.

Qeyd etməliyik ki, pandemiya başlayandan bu günədək Prezident İlham Əliyevin virusa qarşı mübarizə tədbirlərinə şəxsən nəzarəti, vətəndaşların sağlamlığına diqqəti və qayğısı bütün ölkələr üçün nümunədir. Səhiyyəsi yüksək inkişaf edən Avropa ölkələrinə nisbətən bizdə indiyədək yoluxma və ölüm sayının az olmasının əsas səbəbi, məhz, dövlət tərəfindən gərəkən tədbirlərin vaxtında həyata keçirilməsidir. Azərbaycanda pandemiya ilə mübarizə sistemi dünyada effektivliyinə görə ilk sıralarda dayanır.

Umumilikdə, COVID-19-un pandemiya elan edilməsindən ötən müddət ərzində Azərbaycan dövləti tərəfindən vəziyyət ciddi nəzarətə götürülmüş, ölkəmizdə infeksiya ilə mübarizə sahəsində sistemli işlər aparılmış, istər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələlər uğurla gerçəkləşdirilmişdir. Qısa müddət ərzində ümumi çarpayı sayı 4 min olan 13 yeni dövlət xəstəxanası açılmış, ümumilikdə pandemiya ilə mübarizə aparmaq üçün 46 dövlət xəstəxanası ayrılmışdır. Bax, bu təhlükəli bəlaya son dərəcə ciddi yanaşılmasının, xəstəliklə mübarizə tədbirlərinin geniş miqyasda aparılmasının nəticəsidir ki, Azərbaycanda hazırda qapanmaya getməyə ehtiyac duyulmamışdır.
Koronavirus infeksiyasına qarşı mübarizə çərçivəsində həyata keçirilən sistemli layihələr, vətəndaşların məsuliyyəti və mövcud qaydalara əməl etməsi nəticəsində müsbət nəticələr qazanılmışdır. Hazırda Azərbaycanın yoluxma və sağalma hallarının nisbətinə görə ən yaxşı göstəricilər nümayiş etdirən ölkələr sırasında olması bunları təsdiqləyir. Görülən tədbirlərin əsas məqsədi isə insanların sağlamlığının və təhlükəsizliyinin təmin olunmasıdır.
Azərbaycanda bu xəstəliyin baş qaldırdığı ilk vaxtdan həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə çox fəal addımlar atılmışdır. Respublikada cari ilin yanvarın 18-dən regionda ilk ölkələrdən biri olaraq peyvəndlənməyə başlanılmışdır. İndiyədək yaşı 18-dən yuxarı olan əhalinin artıq 60 faizindən çoxu iki dozanı almışdır.

Respublikamızda vaksinasiya zamanı əsasən “Sinovac” və “Pfizer” peyvəndlərindən istifadə edilir. Hazırda peyvəndləmə səviyyəsi yüksəkdir. Bu, əlbəttə ki, dövlət siyasətinin məntiqi nəticəsidir. Eyni zamanda, peyvəndləmə məcburi olmasa da, əhali bu məsələyə çox böyük məsuliyyətlə yanaşır, bu prosesin vacibliyini anlayır. Şübhəsiz ki, belə bir şərait məmnunluq doğurur.
Bəli, bu gün dövlətimiz pandemiya ilə mübairzədə önəmli işlər görür. Bizlər isə heç bir tərəddüd etmədən, peyvənd olunmaqla virusdan xilas olub normal, xoşbəxt həyata qayıda bilərik. Beləliklə, peyvənd olunmaqla həm özümüzü, həm də ölkəmizi pandemiyadan xilas etmiş olarıq.

Fikrət Məlikov,
Salyan rayonu Parça Xələc kənd sahə xəstəxanasının baş həkimi
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024