Mobil versiya
YAP Ağcabədi rayon təşkilatı Zəfər bayramı ərəfəsində qazilərlələ görüşüləri davam edir.
Tarix: 05-11-2021 | Saat: 19:54
Bölmə:Seçki 2024 | çapa göndər

YAP Ağcabədi rayon təşkilatı Zəfər bayramı ərəfəsində qazilərlələ görüşüləri davam edir.

YAP Ağcabədi rayon təşkilatı Zəfər bayramı ərəfəsində noyabr ayının 4-də şəhid ailələri və qazilərlə görüş proqramı çərçivəsində Ağcabədi rayon Nəcəfqulubəyli kənd sakini Əhmədov Orxan Azər oğlunun ailəsini ziyarət etmişdir. Görüş zamanı təşkilatın sədri səlahiyyətlərini icra edən Rövşən Əhmədov qazi və onun ailəsin salamlamış, çay süfrəsi arxasında görüş səmimi sürətdə davam etmişdir. Rövşən müəllim söhbət zamanı bildirmişdir ki, Zəfər qələbəsinin qazanılmasında xüsusi xidmətləri olmuş , bütün Azərbaycan oğullarının, o cümlədən qazi Orxan Əhmədovun böyük xidmətləri olmuşdur.

YAP sədri səlahiyyətlərini icra edən Rövşən Əhmədov onu da qeyd etmişdir ki, möhtəşəm qələbənin qazanılmasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun 44 günlük ölüm-dirim savaşında xalqın dəstəyini daim arxasında hiss edən ordumuz ərazi bütövlüyümüzün təmin olunması uğrunda Orxan kimi igidlərimizin düşmənə qəhrəmanlıq dərsi keçdiyini qeyd etdi. Görüş zamanı qazi Orxan Əhmədov keçdiyi döyüş yolundan, ağır döyüş şəraitində yaralanmağından və müharibə zamanı döyüş yoldaşlarının göstərdiyi şücayətlərdən qürurla söhbət açmışdır.Görüş zamanı qazinin valideyinləri Zəfər günü ərəfəsində onları ziyarət etdiklərinə görə təşəkkür etmiş, YAP Ağcabədi rayon təşkilatına, Ağcabədi rayon İcra Hakimiyətinə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirmişlər.

Görüşün sonunda qazinin ailə üzvləri və qonaqlar xatirə şəkili çəkdirmişdir.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024