Mobil versiya
Samuxda şəhidin ildönümü qeyd olundu.
Tarix: 05-11-2021 | Saat: 17:21
Bölmə:Ölkə | çapa göndər

Samuxda şəhidin ildönümü qeyd olundu.

Bu gün Samux rayonunun Lək kəndində 44 günlük vətən müharibəsində qəhrəmanlıqla döyüşüb şəhid olan Arif Həmzəyev Muradcan oğlunun ildönümü qeyd edildi. Mərasimdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar və kənd ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin məzarı ziyarət olundu, əziz xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxundu. Şəhid Arif Həmzəyevin keçdiyi döyüş yolu barədə söhbət açılıb və valideynlərinə dərin hüznlə başsağlığı verilib.
Şəhid Arif Həmzəyev Vətən müharibəsi zamanı Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən"Vətən uğrunda" medalı, "Qubadlının azad olunmasına görə" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib. Allah Aifin timsalında bütün şəhidlərimizə rəhmət eləsin.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-03-2025