Mobil versiya
“Zəfər günü” münasibətilə YAP Qazax rayon təşkilatı fəallarının iştirakı ilə videokonfrans keçirilmişdir.
Tarix: 05-11-2021 | Saat: 16:53
Bölmə:Seçki 2024 | çapa göndər

“Zəfər günü”  münasibətilə YAP Qazax rayon təşkilatı fəallarının iştirakı ilə videokonfrans keçirilmişdir.

5 noyabr 2021-ci il tarixdə YAP Qazax rayon təşkilatının fəalları rayonda yerləşən Vətən müharibəsi şəhidlərinin adlarını əbədiləşdirən Abidə Kompleksini ziyarət etmiş, abidənin önünə gül dəstələri qoyaraq şəhidlərin xatirələrini ehtiramla yad etmişdirlər. Sonra “Zəfər günü” münasibətilə YAP Qazax rayon təşkilatı fəallarının iştirakı ilə videokonfrans keçirilmişdir.

Konfransı giriş sözü ilə YAP Qazax rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Həmid Pənahov açdı. Vətən müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
H. Pənahov qeyd etdi ki, Vətən müharibəsində möhtəşəm qələbədən bir il ötür. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribat törədərək bir neçə istiqamətdə Azərbaycanın yaşayış məntəqələrini, mülki əhalisini müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə atəşə tutdu. Ermənistanın məkrli planının – yeni torpaqlar işğal etmək məqsədinin qarşısını almaq üçün Azərbaycanın əks-həmləyə keçməkdən və düşmənə layiqli cavab verməkdən başqa seçimi qalmadı.
44 gün davam edən Vətən müharibəsi çoxəsrlik tariximizin ən parlaq səhifəsi, milli qürur, şərəf və qəhrəmanlıq salnaməsidir. Azərbaycan Ordusunun inamlı və qətiyyətli Zəfər yürüşü nəticəsində qazanılan Qələbə təkcə Azərbaycanın ərazi bütövlüyünü deyil, eyni zamanda, tarixi ədaləti və beynəlxalq hüququ bərpa etdi.

Videokonfransda partiya fəallarından Ramil Qurbanov, Elvira Əfəndiyeva və Qarabağ müharibəsi qazisi Namiq Alıyev çıxış etdilər. Ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəlik məharətindən, xalq–iqtidar, xalq-ordu birliyindən danışdılar.

Videokonfransı YAP Qazax rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Həmid Pənahov yekunlaşdırdı. 8 noyabr – Zəfər günü münasibətilə partiya üzvlərini təbrik etdi.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024