Mobil versiya
Şəhid Əfqan Nuriyevin ildönümü qeyd olundu - FOTOLAR
Tarix: 04-11-2021 | Saat: 16:38
Bölmə:Ölkə | çapa göndər

Şəhid Əfqan Nuriyevin ildönümü qeyd olundu

04 noyabr 2021- ci il tarixdə Samux rayonunun Sarıqamış kəndində 44 günlük vətə müharibəsində şəhid olan igid qəhrəmanlarımızdan biri olan Əfqan Nuriyev Rövşən oğlunun ildönümü mərasimi qeyd olundu. Mərasimdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, dindarlar, ağsaqqallar və kənd ictimaiyyətinin nümayəndələri iştirak etdilər.

Şəhidimizin məzarı ziyarət olundu, məzarı üstünə gül-çiçək dəstələri düzülərək ruhuna dualar oxundu.

Mərasimdə şəhidimiz Əfqan Nuriyevin Vətən müharibəsinin ilk günündən ön cəbhədə savaşdığı, döyüş meydanında böyük şücayət və cəsarət nümunələri göstərdiyi xüsusi qeyd olundu.

Əfqan Nuriyev Laçın uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla döyüşərək şəhadətə yüksəlmişdir. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən "Vətən uğrunda" medalı, "Hərbi xidmətlərə görə" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı, "Qubadlının azad olunmasına görə" medalı "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib. Şəhidlər ölmür, onların əziz xatirəsi hər zaman xalqımızın qəlbində yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
10-03-2025