Mobil versiya
Dərman vasitələrinin yenidən qeydiyyatı üçün rüsum tutulacaq
Tarix: 01-11-2021 | Saat: 11:57
Bölmə:Səhiyyə | çapa göndər

Dərman vasitələrinin yenidən qeydiyyatı üçün rüsum tutulacaq

Azərbaycanda dərman vasitələrinin və maddələrinin yenidən dövlət qeydiyyatı üçün dövlət rüsumu tutulacaq.

aia.az-ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında" qanuna bununla bağlı dəyişiklik təklif olunur.

Qanuna dəyişikliyə əsasən, dərman vasitələrinin və maddələrinin yenidən dövlət qeydiyyatı üçün dövlət rüsumu 100 manat müəyyən edilir.

Bununla yanaşı dərman vasitələrinin və maddələrinin qeydiyyat sənədlərində dəyişikliklərin dövlət qeydiyyatı üçün 50 manat rüsum müəyyən ediləcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-05-2024