Lənkəranda Şəhid Taleh İsmayılovun anım günü keçirildi - FOTOLAR
Tarix: 01-11-2021 | Saat: 11:04
Bölmə:Ölkə | çapa göndər

29 Oktyabr 2021–ci il tarixində Lənkəranda Həzi Aslanovun ev muzeyində II Qarabağ şəhidi Taleh İsmayılovun anım günü keçirildi. Keçirilən tədbirdə Həzi Aslanovun ev muzeyinin direktoru Cəmilə Şərifova, Boladı kənd 1 saylı tam orta məktəbin direktoru Elman Rzayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Sosial Xidmətlər Agentliyinin 13 saylı filialının müdiri Ramin Hüccətov, LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin ictimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev, Şəhidin yoldaşı Gülay İsmayılova, Şəhid kapitan Vüsal Quliyevin ailəsi, Lənkəran şəhər təhsil şöbəsinin aparıcı məsləhətçisi Cəmil Axundzadə, AYB-nin Lənkəran bölməsinin katibi Ağamir Cavad, Lənkəran şəhər 10 saylı tam orta məktəbin direktor müavini, qazi polkovnik-leytenant Emin Quliyev, I Qarabağ müharibəsi iştirakçısı Saleh Dostiyev, Lənkəran şəhər 5 saylı tam orta məktəbin direktor müavini Cəfər Fətullayev, Boladı kənd 1 sayı tam orta məktəbinin müəllim və şagird kollektivi iştirak edirdilər. Qonaqlar Şəhidin həyat və döyüş yolundan çıxışlar etdilər. Tədbirə məktəbin 8–ci sinif şagirdlərinin ifasında şəhid mayorun qələminin məhsulu olan şeirlər səsləndi. Sonda Aqşin İbadovun qanlı döyüş yolunun izlərini özündə əks etdirən hərbi geyim və əşyalarına baxış keçirildi və xatirə şəkli çəkildi. İnanırıq ki, vətənimiz Azərbaycan bundan sonra da sağlam ideoloji əsaslar üzərində inkişaf edərək qarşıya qoyulan hədəfləri inamla yerinə yetirəcək, müstəqilliyimiz əbədi, sarsılmaz və dönməz olacaqdır! Dövlətimizin əsas siyasi-ideoloji xəttini təşkil edən azərbaycançılıq ideologiyası istiqamətində görülən tədbirlərin nəticəsini müxtəlif hadisələrdə aydın şəkildə görmək olar. Buna parlaq nümunə kimi 2020-ci ilin sentyabrın 27-dən başlayan və 44 gün ərzində tarixi torpaqlarımızın düşmən tapdağından azad edilməsi ilə nəticələnən Vətən Müharibəsini göstərmək mümkündür. Vətən Müharibəsində ölkəmizdə yaşayan bütün xalqların və dinlərin nümayəndələri ön cəbhədə, arxa cəbhədə və informasiya cəbhəsində Azərbaycanın haqq işi uğrunda aparılan müqəddəs savaşda sinələrini sipər etdilər, həm də müharibə dönəmində ölkəmizdə milli və dini zəmində narazılıq yaratmağa çalışan xaricdən idarə edilən qüvvələrə layiqli yerlərini göstərdilər. Bu baxımdan Vətən Müharibəsi həm də azərbaycançılıq ideologiyasının, multikultural dəyərlərin qələbəsi kimi qiymətləndirilir. Göründüyü kimi, artıq Azərbaycan cəmiyyətində yad-ideoloji qüvvələrə qarşı siyasi-ideoloji və mənəvi immunitet formalaşıb. Formalaşan ideoloji immuniteti qoruyub saxlamaq və daha da möhkəmləndirmək qarşımızda duran əsas vəzifəmizdir. Bu vəzifənin layiqincə yerinə yetirilməsi əsasən təhsil sahəsindən keçir. Məlumdur ki, ölkəmizdə dövlət təhsil sisteminin əsas məqsədi milli və ümumbəşəri dəyərlərə sahib şəxsiyyət hazırlamaqdır. Bu baxımdan formalaşmaqda olan yeniyetmə və gənclər arasında fəal təbliğat işi aparılmaqdadır. Xalqımızın zəngin milli-mənəvi dəyərlər sistemi və onun ayrılmaz və əsas tərkib hissəsi olan azərbaycançılıq ideologiyası aparılan təbliğatın əsasını təşkil edir. Bu gün müstəqilliyimizin bərpasının 30-cu ildönümdür. İnanırıq ki, vətənimiz Azərbaycan bundan sonra da sağlam ideoloji əsaslar üzərində inkişaf edərək qarşıya qoyulan hədəfləri inamla yerinə yetirəcək, müstəqilliyimiz əbədi, sarsılmaz
və dönməz olacaqdır! Görünən odur ki, Taleh İsmayılov Vətən müharibəsinə qatılaraq şəhidlik zirvəsinə yüksəlməyi seçdi. Taleh İsmayılov 1986-ci il 26 noyabr Lənkəran rayonunun Boladı kəndində anadan olub. 2009-cu ildə ailə həyatı qurmuşdur. 2004-cü ildə Goranboy rayonu "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci il yanvarında Ağcabədi rayon "N" saylı hərbi hissəsində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdı. 2016-cı il Aprel döyüşlərində də iştirak etmiş. 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan II Qarabağ müharibəsi zamanı Füzulinin, Cəbrayılın, Qubadlının, Xocavəndin və Ağdam rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 44 günlük Vətən müharibəsinin 39 gününü döyüşlərdə iştirak edən Taleh İsmayılov Şuşanın azadlığı uğrunda gedən döyüşlər zamanı 4 noyabr 2020-ci il tarixində qəhrəmancasına şəhid olmuşdur. “Vətən uğrunda” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilmişdir. Ailəli idi. 3 övladı yadigar qaldı. Boladı kəndi I Qarabağ döyüşlərində 10, II Qarabağ döyüşlərində 3 şəhid vermişdir.
Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allah rəhmət eləsin!
Cəmil Quliyev
LDU nəzdində Sosial və Aqrar–Texnoloji Kollecin
ictimaiyyətlə əlaqələr üzrə direktor köməkçisi, t.ü.f.d.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
10-03-2025