AZ RU Mobil versiya
Malik Həsənov: Türkiyə Prezidentinin Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı iki dost ölkənin sarsılmaz birliyinin növbəti təqdimatıdır
Tarix: 27-10-2021 | Saat: 16:54
Bölmə:Gündəm | çapa göndər

Malik Həsənov: Türkiyə Prezidentinin Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı iki dost ölkənin sarsılmaz birliyinin növbəti təqdimatıdır

“Bütün dünyaya nümunə olan Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının sarsılmazlığı bugünümüzün reallıqlarından daha aydın görünür. Atılan hər bir addımda, irəli sürülən təşəbbüslərdə, reallığa çevrilən layihələrdə bu birliyin təzahürlərini görür və bundan qürur hissi keçiririk. 44 günlük İkinci Qarabağ savaşı bir daha iki dost, qardaş ölkənin sevincinin də, kədərinin də bir olduğunu, daim bir-birindən güc aldıqlarını nümayiş etdirdi. Azərbaycana qardaş dəstəyini göstərən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsinin başlandığı ilk saatlardan dünyaya “Azərbaycan tək deyil” mesajını ünvanladı. Müzəffər Ali Baş Komandanın qətiyyəti, rəşadətli Ordumuzun gücü sayəsində 44 günlük İkinci Qarabağ müharibəsinin hər gününün tariximizə yazdığı Qələbə səhifələri Azərbaycan qədər də Türkiyəni sevindirdi. Küçə və meydanları iki dost ölkənin bayraqları bəzədi. Bu gün isə işğaldan azad edilmiş torpaqlarımızda bayraqlarımızın birgə dalğalanmasının şahidiyik. Bu, dünyaya ünvanlanan dostluğun, qardaşlığın növbəti nümunəsidir.”

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov qeyd edib ki, zəngin tarixi köklərə malik, sıx tellərlə bağlı olan bu əlaqələr hər gün daha da inkişaf edərək müttəfiqlik səviyyəsinə yüksəldi: “Bununla bağlı tarixi sənədə Qarabağın tacı olan Şuşamız şahidlik etdi. Bu il iyun ayının 15-i Milli Qurtuluş Günündə bütün dünyanın diqqəti Şuşaya yönəldi. Musiqi beşiyimizdə dalgalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyinin nümayişi oldu. Oktyabrın 26-da isə bu bayraqlar Füzulidə, Zəngilanda dalğalandı. Qardaş Türkiyə Vətən müharibəsi dövründə Azərbaycanın tarixi Qələbəsi üçün necə siyasi və mənəvi dəstək göstərirdisə, bu gün soydaşlarımızın tezliklə Böyük Qayıdışının həyata keçirilməsi üçün bərpa və quruculuq işlərinə öz töhfəsini verir. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra Qarabağa, Şuşaya ilk səfər edən dövlət başçısı kimi Rəcəb Tayyib Ərdoğan bu ərazilərimizdə ilk reallaşdırılan, Azərbaycan-Türkiyə birliyinin uğuru kimi dəyərləndirilən Füzuli Beynəlxalq Hava Limanına ilk xarici uçuşu da həyata keçirməklə iki dost ölkənin hər zaman bir-birinin yanında olduğunu təsdiqlədi.”

Millət vəkili vurğulayıb ki, Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılışı, Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanışlıq və mətbuata birgə bəyanatları, Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, Zəngilan rayonunda “Dost Aqropark”ın təməlinin qoyulması və sair kimi tarixi hadisələr bu birliyin perspektivlərini açıqlayır: “Cənab İlham Əliyev Zəngilanın Ağalı kəndində mətbuata bəyanatında bildirmişdir ki, birgə addımlarımız tarixdə əbədi qalacaq. Bu gün Zəngilan rayonunda təməli qoyulan birinci özəl yatırım layihəsi də Türkiyə və Azərbaycanın birgə layihəsidir. Bu, Azərbaycan və Türkiyənin çiyin-çiyinə bir yerdə irəlilədiyini bir daha göstərir. “Bu tarixi biz birlikdə yazırıq, necə ki, bütün dövr, müharibə dövrü ərzində birlikdə idik, bu gün də bir yerdəyik” söyləyən dövlət başçısı təməli qoyulan Zəngəzur dəhlizinin bütün türk dünyasını birləşdirəcəyini də böyük inamla qeyd etdi. Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi vaxt açıqlandı. 2023-cü ilə qədər bu yolun açılışı nəzərdə tutulur.”

“Tarixi Zəfərimizdən ötən dövr ərzində görülən işlərə diqqət yetirdikdə miqyasının nə qədər böyük olduğunu görürük” söyləyən Malik Həsənov bildirib ki, Qarabağın dünyaya açılan hava qapısı kimi dəyərləndirilən Füzuli Beynəlxaq Hava Limanının tikintisi ilə bağlı işlər qısa zamanda reallığa çevrildi: “Gələn il Zəngilanda inşa edilən Beynəlxalq Hava Limanının istifadəyə veriləcəyi gözlənilir. Türkiyə Prezidenti Zəngilanın Ağalı kəndində mətbuata bəyanatında bu fikri xüsusi qeyd etdi ki, işğaldan azad edilən bölgələrin qısa müddətdə necə dirçəldiyini, sürətlə inkişaf etdiyini görürük. Bu hər igidin, hər siyasətçinin işi deyil. Azərbaycan bütün dünyaya örnək olacaq inkişaf modeli ilə bu bölgənin inkişafı üçün fəaliyyətini davam etdirir.”

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

976 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-11-2021
25-11-2021