Mobil versiya
Tramp marşrutunun sahibi kim olacaq? Paşinyan pay bölgüsünü açıqladı
Tarix: 28-09-2026 | Saat: 21:47
Bölmə:Dünya | çapa göndər

Tramp marşrutunun sahibi kim olacaq? Paşinyan pay bölgüsünü açıqladı


Nikol Paşinyan BMT tribunasından bildirib ki, yaradılacaq TRIPP inkişaf şirkətində ABŞ ilkin olaraq 74, Ermənistan isə 26 faiz paya sahib olacaq. Razılaşma uzadılarsa, 50-ci ildə Ermənistanın payı əlavə sərmayə qoymadan 49 faizə çatacaq. Ermənistan Meğri və Yerasx dəmir yollarını bərpa etməyi, Azərbaycan–Naxçıvan və Ermənistan–Türkiyə dəmir yolu bağlantılarını açmağı planlaşdırır.

Bu arada, ilk dəfə layihənin kommersiya və mülkiyyət mexanizmi barədə konkret rəqəmlər açıqlanıb. Azərbaycan tərəfinin şirkətdə iştirak edib-etməyəcəyi, tariflər, təhlükəsizlik və keçidin fasiləsizliyi barədə hələ açıq suallar var.

Azərbaycan TRIPP şirkətində pay alacaqmı? Marşrutun təhlükəsizliyinə kim cavab verəcək? Tarifləri və yüklərin buraxılma qaydasını hansı tərəf müəyyənləşdirəcək? Layihə Zəngəzur dəhlizi anlayışına nə dərəcədə uyğundur?

"Alyans" araşdırmalar mərkəzinin rəhbəri Abutalıb Səmədov Muavat.com-a bildirib ki, BMT Baş Assambleyasında Paşinyan bir maraqlı fikir də söylədi, Tramp Marşrutunu sülh kəsişməsi adlandırdı: “Məumdur ki, Zəngəzur dəhlizinə alternativ olaraq Paşinya hökuməti “Sülh kəsişməsi layihəsi” ortaya qoymuşdu və onu ilk dəfə Gürcüstanda təqdim elədi. Uzun müddət müxtəlif ölkələrdə bu layihə barədə Paşinyan məlumatlar verdi. İndi artıq əvvəlki mövqeyindən imtna eləyib və Zəngəzur dəhlizini sülh kəsişməsi adlandırır. Hesab edirəm ki, bu cür adlandırmaqda tamamilə haqlıdır. Azərbaycanın bu layihədə pay almaq imkanı varmı? Pay bölgüsü məlumdur. 76 faiz ABŞ-yə, 26 faiz Ermənistana nəzərdə tutulur. Əgər tərəflərdən hər hansı biri səhmlərinin bir hissəsini satmaq istəsə təbiidir ki, Azərbaycan da burada payçı ola bilər. Ancaq hələlik iki payçı var və yaxın zamanlarda əlavə payçıların buraya daxil olma imkanı o qədər də real görünmür. Lakin bir müddət sonra Azərbaycanın orada təbiidir ki, payçı olmaq imkanı var. Ümid edək ki, bu, belə də olacaq. Hər halda ilk növbədə ictimai rəy müəyyən qədər dəyişməlidir. Hesab edirəm hətta indi də Ermənistan hökuməti öz payının müəyyən hissəsini satmağa hazır olar. Ancaq bunu Ermənistan cəmiyyəti qəbul eləyərmi? Görünür, biraz zamana ehtiyac var”.
TRİPP-in təhlükəsizliyinə cavabdeh olacağına gəlincə, ekspert qeyd edib ki, bu barədə hələlik konkret məlumat yoxdur. Çünki imzalanan sənədlər açıqlanmayıb: “Müəyyən qısa məlumatlar verilib. Ancaq ehtimal eləmək olar ki, burada ağırlıq əsasən ABŞ-nin üzərinə düşəcək. Lakin Ermənistan da müəyyən qədər bu təhlükəsizliyin təminatında iştirak eləyəcək. Tarifləri və yüklərin buraxılma qaydasını təbiidir ki, 76 faiz paya sahib olan ABŞ müəyyənləşdirəcək”.

TRİPP layihəsinin Zəngəzur dəhlizi anlayışına nə dərəcədə uyğun olub-olmadığına gəldikdə isə A.Səmədov hesab edir ki, Zəngəzur dəhlizi 2020-ci il 10 noyabr razılaşmasının 9-cu bəndinə əsasən yaradılmalı və fəaliyyət göstərməli idi: “Orada açıq şəkildə iki mühüm məqam göstərilirdi. Birincisi, təhlükəsizliyə zəmanət Rusiya sərhədçiləri tərəfindən verilməli idi. İkincisi, Zəngəzur dəhlizində maneəsiz hərəkət təmin olunmalı idi. Maneəsiz hərəkət anlayışı Minsk Qrupunun Laçın dəhlizi üçün təklif etdiyi layihəyə görə ekstratriterial olmalı idi. Bu, həm Laçın dəhlizinə, həm də Naxçıvanla Azərbaycanın digər ərazilərini birləşdirəcək dəhlizə aid idi. Ancaq Ermənistan cəmiyyəti bu ekstratriteriallığa eturaz elədi. İndi maneəsiz hərəkət necə təmin olunacaq? Burada insanlar iştirak eləyəcəkmi, yoxsa yalnız texnikalar vasitəsilə müəyyən yoxlama işləri aparılacaq, bu, hələ də məlum deyil. Ancaq ehtimal budur ki, Naxçıvan-Ermənistan sərhədində və Ermənistan-Azərbaycan sərhədində Ermənistan tərəfdən yoxlama işlərində insanlar iştirak etməyəcəklər. Lakin əslində əgər əvvəlcədən biz Minsk Qrupunun təklfilərə baxsaq orada ekstratriteriallıq maneəsiz hərəkət kimi göstərilir. Çox güman ki, cəmiyyətin etirazından ehtiyatlanan İrəvan burada cihazlar vasitəsilə yoxlamaların keçirilməsinə çalışacaq. Bu məsələdə müəyyın qədər Zəngəzur dəhlizi layihəsindən fərqlilik var”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-09-2026