Mobil versiya
Uşaq və yeniyetmələr arasında mədə-bağırsaq xəstəlikləri artıb
Tarix: 27-10-2021 | Saat: 16:13
Bölmə:Qərbi Azərbaycan | çapa göndər

Uşaq və yeniyetmələr arasında mədə-bağırsaq xəstəlikləri artıb

Son 10 ildə uşaqlar arasında mədə-bağırsaq sistemi xəstəliklərinin sayı artıb.

Trend xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova nazirliyin "İnstagram" səhifəsində "Uşaqlar və COVİD-19" mövzusunda canlı yayımda qonaq olarkən deyib.

O bildirib ki, bu, uşaqlara düzgün həyat tərzinin təbliğ edilməməsi və onlarda düzgün qida vərdişinin olmaması ilə bağlıdır: "0-13 yaşlı uşaqlar arasında 2013-cü ildə ilk dəfə mədə-bağırsaq sistemi xəstəlikləri 35 min 954 uşaqda aşkar edilmişdisə, 2020-ci ildə bu rəqəm 42 min 490 nəfər olub. Həmçinin, 18 yaşadək uşaqlar arasında 2013-cü ildə bu rəqəm 45 732 nəfər idisə, 2020-ci ildə 57 min 592 nəfər olub. Bundan başqa, 2020-ci ildə endokrin sistem xəstəlikləri isə 18 yaşına qədər uşaqlar arasında 10972 nəfərdə olub".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
14-11-2024