AZ RU Mobil versiya
Yol polisindən piyadalara yol verməyən sürücülərə XƏBƏRDARLIQ
Tarix: 27-10-2021 | Saat: 11:31
Bölmə:Karusel / Ölkə | çapa göndər

Yol polisindən piyadalara yol verməyən sürücülərə

Piyadavurma ilə nəticələnən yol nəqliyyat hadisələrinin araşdırması zamanı əksər hallarda məlum olur ki, günah daha çox sürücülərdə olur.

Bu barədə mətbuata açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli son dövrlərdə piyadavurma ilə nəticələnən qəzalar barədə şərh verərkən deyib.

Onun sözlərinə görə, aparılan müşahidələr baş verən yol-nəqliyyat hadisələrinin təhlili onu deməyə əsas verir ki, piyadavurma hadisələrində sürücülərin əməlində təqsir daha çoxdur:

“Bəzi sürücülərin məsuliyyətsizliyi və yollarda təyin edilən sürət həddinə laqeyd yanaşması səbəbindən ağır faciələrlə nəticələnən yol-nəqliyyat hadisələri baş verir. Sürücülər qanunvericiliyin müvafiq normaları çərçivəsində piyadalara münasibətdə diqqətli olmalıdır.

Sürücü nizamlanmayan piyada keçidinə daxil olan piyadaya, eləcə də yol ayırıcından sağa və ya sola dönərkən, dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməlidir. Əks təqdirdə, bu, qanunvericiliyin normalarının pozulması deməkdir və inzibati məsuliyyət yaradır”.

“Yol Hərəkəti Haqqında Qanun” sürücülərin üzərinə hadisədən maksimum yayınmaq üçün idarəetmədə diqqətli olması gərəkdiyini qeyd edir. Sürücülərdən qanunvericiliyin tələblərinə uyğun davranmağa və ağır yol-nəqliyyat hadisələrinə aparan davranışlardan çəkinməyə çağırırıq. Sükan arxasında ani bir diqqətsizlik həm sürücünün, həm də digər hərəkət iştirakçılarının həyatında geridönülməz faciələrə yol aça bilər. Qaydalara əməl edərək, həm özümüzü, həm də ətrafımızdakıları faciəvi yol qəzalarından qoruya bilərik”, - deyə o vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

545 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-11-2021
25-11-2021